logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

Gürcüstan iqtisadi müstəvidə ən yaxın tərəfdaşımızdır

Gürcüstan iqtisadi müstəvidə ən yaxın tərəfdaşımızdır

17/04/2025

2 dəq. oxu

"Gürcüstanın yeni seçilmiş prezidenti ilk səfərini ölkəmizə etməklə Azərbaycanla Gürcüstan arasında dostluq münasibətlərinin hansı səviyyədə olduğunu bir daha təsdiqlədi".

Bu fikirləri Newscenter.az-a iqtisad elmləri doktoru, professor Fikrət Yusifov Gürcüstan prezidentinin Azərbaycana səfərini şərh edərkən səsləndirib. O deyib ki, Gürcüstan Cənubi Qafqazda bizə yaxın dost ölkə və iqtisadi müstəvidə ən yaxın tərəfdaşımızdır:
«Biz bu gün Gürcüstan üzərindən reallaşdırdığımız meqalayihələr vasitəsilə öz enerji resurslarımızı Avropa bazarlarına çatdırırıq. Bakı Tbilisi Ceyhan neft, Bakı Tibilisi Ərzurum, Cənub Qaz Dəhlizi qaz kəmərləri, Bakı Tibilisi Qars dəmir yolu kimi layihələr son onillklər ərzində tək Cənubi Qafqazda deyil, bütövlükdə böyük regionda reallaşdırılan nəhəng layihələrdir. Bu layihələrin reallaşdırılması hər iki ölkəyə iqtisadi dvidentlərlə yanaşı yetərincə siyasi dvidentlərdə gətirir».

Fikrət Yusifov qeyd edib ki, Gürcüstanla Azərbaycan bu gün regionda siyasi baxışları da üst-üstə düşən iki ölkədir:

«Qərb illərdir Azərbaycana qarşı tətbiq etdiyi ikili standartları indi eyni qaydada Gürcüstana tətbiq etməyə çalışır. Lakin Azərbaycanda olduğu kimi Gücüstanda da xalq və bu xalqın seçdiyi hakimiyyət dövlətinin müstəqil inkişaf yolunu seçib. Hər iki ölkə kiminsə, kimlərinsə yedəyində getmək istəmir və bu səbəbdən müstəqil davranmağı üstün tuturlar. Hesab edirəm ki, bu günə qədər iki ölkənin birgə əldə etdikləri uğurlar davamlı olmaqla hər iki ölkəyə daha çox iqtisadi və siyasi dividentlər gətirə biləcəkdir».

Süleyman

Original mənbə