logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2024 “Ekonomiks” | Bütün hüquqlar qorunur

HAQQIMIZDA

ANA SƏHİFƏ | HAQQIMIZDA

Haqqımızda

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi

Azərbaycan Respublikasında Qeyri-Hökumət Təşkilatı olaraq fəaliyyət göstərən “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi onun sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov tərəfindən yaradılmış və 31.10.2014-cü il tarixdə müvafiq qaydada Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək fəaliyyətə başlamışdı. “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin əsas məqsədi beynəlxalq və yerli təcrübəni öyrənərək Azərbaycan Respublikasında aparılan iqtisadi və sosial islahatlara yardımçı olmaqdan ibarətdir. “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin 2015-ci ildən Rusiya Federasiyasının Moskva şəhərində nümayəndəliyi fəaliyyət göstərir. “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin 2015-ci ilin dekabr ayında Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasına üzv qəbul edilmişdir. Təşkilatımız müxtəlif dövlət qurumları ilə, o cümlədən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, Gənclər və İdman Nazirliyi, Dövlət Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, özəl sektorun təmsilçiləri, digər dövlət və hökumət qurumları ilə yaxından əməkdaşlıq edir.

İdarə Heyətinin Üzvü.jpeg

Tale Həsənov

İdarə Heyətinin Sədr müavini

İdarə Heyətinin Üzvü.jpeg

Bayram Sadıqov

İdarə Heyətinin üzvü

Gördüyümüz İşlər

Təşkilat yarandığı vaxtdan bu günədək bir sıra layihələr həyata keçirmişdir

2015-2020-ci illər ərzində Birlik Azərbaycan Respublikasında fəaliyyət göstərən yerli və xarici Beynəlxalq Təşkilatlara (Fondlara) müxtəlif mövzularda olan layihələr təqdim etmiş və bu illər ərzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xətti ilə keçirilən müsabiqələrdə 6 müxtəlif layihə üzrə qalib olmuş və onları uğurla icra etmişdir. 2017-ci ilin fevral ayında təşkilat Azərbaycan Milli QHT Forumuna tam hüquqlu üzv qəbul edilmiş, təşkilatın sədri Yusifov Fikrət Hüseyn oğlu Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti seçilmişdir. Birliyin sədri Fikrət Yusifov forumda iqtisadi blokun fəaliyyətini əlaqələndirməklə, forumun 3 illik (2017-2019) strategiyasını müəyyən etmişdir. “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin fəaliyyətdə olduğu müddətdə birliyin xətti ilə ölkə və xarici mətbuatda və yerli TV kanallarda 3000-ə yaxın müxtəlif səviyyəli çıxışlar edilmiş və bu çıxışlarda ölkədə aparılan islahatları dəstəkləmək üçün irəli sürülən 60-dan çox təkliflər müxtəlif hüquqi-normativ aktlarda öz əksini tapmışdır. 2022-ci ildə ABŞ-nin Kaliforniya ştatının San Fransisko və Sakramento şəhərlərində Şuşa ilinə həsr edilmiş tədbirlər keçirdərək Qarabağımız haqqında həqiqətləri Amerika cəmiyyətinə çatdırmağa nail olmuşdur.

Partnyorlar

Ministry of Economy Logo
Ministry of Education Logo
Ministry of Finance Logo