LAYİHƏLƏR
Layihənin ideyası və qısa məzmunu
Hazırkı layihə “Nağdsız hesablaşmalar” haqqında Azərbaycan Respublikasının Qanun və “2018–2020-ci illərdə Azərbaycan Respublikasında Rəqəmsal Ödənişlərin Genişləndirilməsi üzrə dövlət proqramında” nəzərdə tutulan tədbirlərin sahibkarlıq subyektləri tərəfindən tətbiqinin təşviqi, tətbiqində yaranan problemlərin öyrənilməsi və monitorinqi məqsədilə hazırlanmışdır.
Layihənin məqsədi və qarşıya qoyulan vəzifələr
Layihənin əsas məqsədi “Nağdsız hesablaşmalar” haqqında Azərbaycan Respublikasının Qanununun iqtisadi subyektlər tərəfindən tətbiqinin təşviqi, tətbiqində yaranan problemlərin öyrənilməsi və monitorinqini aparmaqdır. Bundan başqa təsərrüfat subyektlərində nağdsız ödənişlərin tətbiqini təbliğ etməklə onların maliyyə idarəetməsinin, şəffaflığın və nəzarətin müasir tələblər çərçivəsində qurulmasını stimullaşdırmaq prioritetlərimizdəndir.