logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2024 “Ekonomiks” | Bütün hüquqlar qorunur

LAYİHƏLƏR

ANA SƏHİFƏ | LAYİHƏLƏR

Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə təlimlərinin təşkili

Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə təlimlərinin təşkili

Layihənin ideyası və qısa məzmunu

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi tərəfindən “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə təlimlərinin təşkili” adlı layihənin icrasına başlanmışdır. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il üçün “elm, təhsil və mədəniyyət və azərbaycançılıq ideyasının təbliği məsələləri” istiqaməti üzrə elan etdiyi “Kiçik qrant müsabiqəsi”ndə qalib elan olunmuşdur. Layihə 3 ay müddətində olmaqla Bakı şəhərində icra olunması nəzərdə tutulur.

Mövzunun ictimai əhəmiyyəti və aktuallığı

Layihə çərçivəsində təşkilat tərəfindən qoyulmuş məqsədə müvafiq olaraq layihəni idarə edəcək peşəkar heyyət formalaşdırılması, təlim proqramının qabaqcıl təcrübəyə əsaslanması, təlim prosesində müasir texnoloji vasitələrdən və proqram təminatlarından istifadə etməklə innovativ yönlü olması, təlim üçün zəruri texniki hazırlıq işlərinin görülməsi, təlimə cəlb ediləcək şəxslərə beynəlxalq standartların mahiyyətinin praktiki öyrədilməsi, beynəlxalq standartlara yiyələnməni təsdiq edən qabaqcıl təlim və sertifikasiya mərkəzlərinin tələblərinin öyrənilməsi, təlim bitdikdən sonra iştirakçıların təhsilinin davamlılığı üçün zəruri fərdi inkişaf planlarının hazırlanması, layihənin bütün mərhələlərinin kommunikasiya planı və strategiyasına uyğun təbliği istiqamətində zəruri addımlar atılacaqdır.

Layihənin məqsədi və qarşıya qoyulan vəzifələr

Layihənin əsas məqsədi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçidlə əlaqədar olaraq ölkədə beynəlxalq standartlara yiyələnəcək kadr hazırlığına dəstək verməkdir. Bu məqsədlə təlimlərə aşağı gəlirli və öyrənmək imkanı məhdud olan şəxslərin, tələblərin, həssas qrupa aid kəsimlərdən olan gənclərin, o cümlədən şəhid ailələrinin üzvləri, vətən müharibəsi iştirakçılarının ailə üzvləri, məcburi köçkünlər, aztəminatlı ailələr, valideyn himayəsindən məhrum olmuş gənclər və digər həssas qruplar cəlb etməklə onlara beynəlxalq standartlara dair bilikləri aşılamaq və onların əmək bazarında rəqabətliliyinin artırılmasına töhvə verməkdir. Layihənin yekunu olaraq təlim iştirakçılarının bilik və bacarıqları test ediləcək, onlar tədris və təlim materialları ilə təmin ediləcək, bundan başqa hər bir iştirakçının maliyyə hesabatlarının beynəlxalq standartlarının öyrənilməsinin davamlılığı üçün fərdi inkişaf planları olacaqdır. Beləliklə təlim iştirakçıları təlim zamanı öyrəndikləri nəzəri təcrübələri gələcəkdə kariera qurulması baxımından qəqabət qabiliyyətlilikləri artacaq, həmçinin Peşəkar Mühasib Sertifikasiyası imtahanlarından keçmək üçün də zəmin yaradacaqdır.