LAYİHƏLƏR
Layihənin ideyası və qısa məzmunu
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olmuş "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi “ABŞ-da Şuşa ilinə həsr edilmis silsilə tədbirlərin təşkili” layihəsinin hazırlıq mərhələsində nəzərdə tutduğu fəaliyyətləri müəyyən edərək layihənin icrasına başlamışdır. Layihə Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2022-ci il tarixli Sərəncamı və bu sərəncamdan irəli gələn tədbirlərin təşkilinə dair Nazirlər Kabinetinin 25 fevral 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş tədbirlər planında nəzərdə tutulmuş fəaliyyətlərə VCT-nin dəstəyini nümayiş etdirilməsi layihənin təşəbbüsü üçün əsas olmuşdur. Məlum sərəncama əsasən təsdiq edilmiş tədbirlər planında “Şuşa İli”nin beynəlxalq səviyyədə təbliği ilə əlaqədar Azərbaycanda və xarici ölkələrdə, beynəlxalq təşkilatların mənzil qərargahlarında “Şuşa İli”nə həsr olunmuş tədbirlərin, elmi konfrans, simpoziumların keçirilməsi və təbliğat xarakterli işlərin görülməsi əsas prioritet qoyulmuşdur. Təşkilat dövlətin müəyyən etdiyi bu prioritetləri və 2022-ci ilin Şuşa ili elan edilməsi haqqında Prezidentin müvafiq sərəncamından irəli gələrək layihənin ideyasını irəli sürmüş və bu ideyanı qərb ölkələrində, xüsusilə erməni lobbisinin üstünlük təşkil etdiyi ABŞ-da gerçəkləşdirməyi hədəfləmişdir. Təşkilat layihənin uğurlu icrasının əsasını təşkil edən layihə heyyətini formalaşdırmış, layihənin geniş planlaşdırma işlərini, o cümlədən idarəetmə planı, maliyyə planı, kommunikasiya planı, satınalma planı, heyyətin əməliyyat planı, risklərin idarə edilməsi planı hazırlamış və həmin planlar üzrə icra prosesinə start vermişdir. Hal-hazırda layihə heyyəti ABŞ-a səfər fəaliyyətlərini planlaşdırır. Bu məqsədlə ABŞ-da yaşayan Azərbaycan icmasının nümayəndələri, ABŞ-da akademik dairlərlə müzakirələr, hədəf qrupların tədbirə cəlbi istiqamətində təbliğat-təşviqat işləri aparır.