LAYİHƏLƏR
Layihənin ideyası və qısa məzmunu
Bu layihə xarici investisiyaların ölkəyə axınının sürətlənməsinin daha optimal yollarını işləyib hazırlamağa həsr olunur. Həmən məqsədlə layihə ilə xarici iş adamları arasında təbliğat-izahat işləri aparmaq nəzərdə tutulur.
Mövzunun ictimai əhəmiyyəti və aktuallığı
Hər bir ölkənin iqtisadi inkişafının sürəti ona cəlb edilən investisiyaların səviyyəsindən bilavasitə asılı olur. Son onilliklər ərzində şərqi və cənub-şərqi Asiya ölkələrinin təcrübəsi sübut etdi ki, investisiyaların, xüsusilə də xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi hesabına iqtisadiyyatın sürətli və dinamik inkişafını təmin etmək nə qədər realdır. Bir sözlə, bu məsələdə artıq dünyanın keçdiyi yol var. Bu gün bir neft ölkəsi olan Azərbaycanda qeyri-neft sektorunun inkişafına daha çox xarici sərmayələrin cəlb edilməsi iqtisadi həyatımızın ən mühüm məsələlərindən biri və bəlkə də birincisidir.
Layihənin məqsədi və qarşıya qoyulan vəzifələr
Nəticə etibarilə layihə yerli xüsusiyyətlər nəzərə alınmaqla zəruri təkliflər paketini işləyib hazırlamağı, onu hökumətə təqdim etməyi və eyni zamanda investisiyaların cəlbinin əhəmiyyətini ictimaiyyətə çatdırmaq üçün zəruri təbliğatın aparılmasını nəzərdə tutur.