XƏBƏRLƏR
Siyasət
Küçədən birbaşa baş nazir postuna gəldikdən dərhal sonra Dağlıq Qarabağa gəlib xarici jurnalistlər qarşısında Azərbaycanı bir dövlət kimi aşağıladın. Dedin ki, Dağlıq Qarabağın ağası bizik. Tarix Azərbaycan kimi qorxaq bir dövlət görməyib. Qorxaq bir dövlətin qarşısından niyə çəkilməliyik? Ermənilər belə bir dövlətlə 25 ildir qonşu olmaqdan xoşbəxtdir və qonşumuza ən azı 100 il belə olmağı arzulayıram. Təbi ki, küçənin yeli hələ başından çıxmamışdı ona görə belə sərsəmləyirdin. Sonra da qudurub bir az da irəli getdin. Dedin ki, Qarabağ Ermənistandır. Bəs nə oldu? İndi ayaqları sındırılmış yazıq tülkü halına düşmüsən. Sənin sələflərin də sən kimi havalı idilər. Ancaq onlar səndən daha ağıllı oynayırdılar. Dövlətçilikdən, idarəçilikdən, hərbdən bixəbər olduğundan səni inandırmışdılar ki, XXI əsrdə XX əsrin ortalarının silah nümunələıri ilə silahlanmış Ermənistan Azərbaycan ordusuna hər dəm qalib gələ bilər. Yetər ki, Azərbaycan müharibə istəsin. İndi dünya silah sənayesinin son - dördüncü nəslinə aid silahlarla silahlanmış Azərbaycan ordusunuin qarşısından qorxaq tülkü kimi qaçırsınız və özününz də belə “ət maşınını” görmədiyinizi etiraf edirsiniz. Sizi yıxan ölçüsü olmayan eyforiyya və tamahınızdır. Sizi yıxan yaddaşsızlığınızdır. Sizi yıxan haram əməllərinizdir. Bu haram tək Azərbaycan torpaqlarını işğal etməklə bitmir. Siz onsuz da hər şeyi oğurlamaqda mahirsiniz. Siz hər yerdə və hər işdə haramsınız. Sizi bir dövlət kimi yaradan və çiyinlərində saxlayan Rusiyayanın sizə çörək verdiyi qaba tüpürdünüz. Anlamaq istəmədiniz ki, siz tarix boyu Rusiyay yük olmusunuz və Rusiya artıq bu yükü daşımaqdan bezib. Rusiya sizə pulsuz verdiyi silahları, ucuz satdığı enerji məhsullarını başqa ölkələrə satıb milyardlarla dollar qazanc əldə edə bilər. Ancaq Rusiya sizi öz övladı hesab edib, bütün yükünüzü çəkir. Sizsə ayağınız yer tutan kimi, xislətinizə uyğun bir qaydada sizə çörək verənə belə tüpürməyi bacarırsınız. Mən uzun illər Rusiyada yaşayıb və rus elitasının görkəmli şəxsləri və dövlət xadimləri ilə çoxsaylı görüşlərdə onların -Ermənistan bizim nəyimizə lazımdır, o, bizim boynumuzda lazımsız bir yükdür - dediklərini dəfələrlə eşitmişəm. İndi zaman yetişib, Rusiya bu yükü boynundan atmaqda qərarlıdır. Bu prossesi isə Paşinyan hakimiyyəti daha da sürətləndirdi. Sizin ölkənizin xarici ticarət balansında kəsr 50%-ə yaxındır. Siz xarici ticarət balansınızda hər il yaranan 2,5 -3,0 milyard dollara qədər kəsri necə bağlayırsınız? Təbi ki, sizə həyat verən Rusiyanın hesabına (məlumatınız üçün bildirim ki, Azərbaycanın xarici ticarət balansında müsbət saldo 70%-dən çoxdur). Əks halda iqtisadiyyatınız və maliyyə sisteminiz qısa zaman ərzində alt-üst olub çökər. Sonda yadıma uşaqlıq çağlarımda hər il payız aylarında arı yeşiklərinin üzərində maraqla apardığım bir müşahidə düşür. Soyuqlar yaxınlaşdıqca bal gətirən dişi arılar müftəxor arı ailəsinə bal gətirməyən və ancaq dişi arıların gətirdiyi balla qidalanan erkək arıları qanadından, ayağından tutub yeşiyin qapısına çıxararaq onu ailədən qovurdular. Sonradan öyrəndim ki, dişi arılar qış azuqələrinin həcmini hesablayıb bu müftə yeyənlərlə belə davranırlar. Bu gün Rusiya dünya bazarlarında neftin qiymətlıərinin kəskin aşağı düşməsi və ona tətbiq olunan çoxsaylı sanksiyalar səbəbindən heç də yaxşı durumda deyil və onun da “qış azuqəsi kifayət qədər azalır”. Elə bu səbəbdən də “qış öncəsi” Ermənistan kimi müftəxor və eyni zamanda haram bir yükü çiyinlərindən atmağa çalışır. Əslində biz siz ermənilərə çox sağ ol deməliyik. Çox sağ olun ki, tamahınızın istəklərinizi ayaqlar altına alması səbəbindən siz vaxtında Qarabağ məsələsini qaldırdınız. Siz bu məsələni 1980-ci illərin sonlarında qaldırmasaydınız, bir neçə on ildən sonra bütöv Azərbaycanın işğalını başa çatdıracaqdınız. Siz Bakını, Gəncəni, Sumqayıtı, bir sözlə Azərbaycanın ən yaxşı bölgələrinin hamısını zəbt etmişdiniz və getdikcə də möhkəmlənirdiniz. Hadisələrin başlanğıcına qədərki dönəmdə hətta hüquqi müstəvidə bütün məsələləri öz xeyrinizə həll edə bilməyə qədər irəli getmişdiniz. Sağ olun ki, bizi vaxtında ayıltdınız. İndi biz sizi tək Dağlıq Qarabağdan deyil, bu günə qədər içimizdə qalmış tör-töküntülərinizlə birlikdə Azərbaycanın hər yerindən süpürüb atacağıq və bütün izlərinizi siləcəyik! Zaman yetişdikdə isə bu gün yaşadığınız bütün ata-bab torpaqlarımızı azad etmək üçün gələcəyik! Fikrət Yusifov, İqtisadçı alim, professor, keçmiş maliyyə naziri