logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2026 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

İran savaşı Azərbaycanı ciddi xərcə sala bilər

İran savaşı Azərbaycanı ciddi xərcə sala bilər

05/03/2026

3 dəq. oxu

İran müharibəsinin nə qədər çəkə biləcəyi haqda proqnoz vermək çətindir. ABŞ prezidenti Donald Tramp hərbi əməliyyatın "lazım olduğu qədər" davam edəcəyini bildirib. O, quru qoşunlarının göndərilməsi ehtimalını da istisna etməyib.

Uzunmüddətli regional münaqişələr Azərbaycanın hərbi strategiyasına təsir edir. Uzunmüddətli münaqişə Azərbaycanı hərbi-modernizasiya proqramlarını sürətləndirməyə və strateji tərəfdaşlarla əlaqələri gücləndirməyə məcbur edir. Bu, eyni zamanda regional güc balansına təsir göstərir və Azərbaycanın müdafiə potensialını artırır.

Müharibə şəraiti terror qruplaşmalarının fəaliyyətini təşviq edə, ekstremist ideologiyaların yayılmasına şərait yarada bilər. Bu isə Azərbaycanın daxili təhlükəsizliyi və kəşfiyyat imkanları üçün əlavə çağırışdır. Müharibə fonunda xarici investorlar üçün risklər artır. Bu, Azərbaycan üçün strateji layihələrdə maliyyələşdirmə problemlərinə səbəb ola bilər. Lakin ölkənin sabit siyasi sistemi və strateji mövqeyi investorlar üçün müəyyən riskləri kompensasiya edə bilər.

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov Musavat.com-a bildirib ki, müharibənin nə vaxt bitəcəyinə dair konkret fikir söyləmək mümkün deyil. Hər şey başsız qalmış İran rejiminin bu müharibədə nə qədər müqavimət göstərə biləcəyindən və ABŞ İsrail cütlüyünün müharibəni hansı intensivliklə davam etdirəcəyindən asılı olacaqdır:
“Əgər İran bu müharibədə neytral mövqe tutan Azərbaycana qarşı hərbi təcavüz edirsə, deməli başsız qalmış rejimin məqsədi müharibənin miqyasını genişləndirməkdir. İranı bu şəkildə yönləndirənlər anlamırlar ki, belə addımlarla İranın bir dövlət kimi varlığını zərbə altına qoyurlar.
Bu gün region dövlətlərinə qarşı İran rejiminin açdığı savaş və hətta NATO üzvü olan Türkiyəyə raket atmaq qədər cızığından çıxmaq, o deməkdir ki, rejimin tör-töküntüləri başlarını tanmamilə itiriblər və nə etdiklərinin fərqində belə deyillər artıq.
Azərbaycan hökuməti Naxçıvana hücumu dərhal pislədi və İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olundu. Müdafiə Nazirliyimiz isə İran tərəfə ciddi xəbərdar etdi. 

Bütün bu baş verənlər bir daha sübut edir ki, İran bir terrorçu dövlət kimi davranır və hər bir tərəfi təhdid etməkdən çəkinmir. Belə bir dövlətin nüvə silahına sahiblənməsi bəşəriyyət üçün çox ciddi bir təhlükə demək olar. O səbəbdən, ABŞ və İsrail birliyi və bütövlükdə Qərb ölkələri Yaxın Şərqdə ikinci Şimalı Koreyanın yaranmasını istəmirlər”.

Sabiq nazir deyib ki, əgər İran nüvə silahına yiyələnərsə, o tək region üçün deyil, bütövlükdə dünya üçün Şimalı Koreyadan on dəfələrlə təhlükəli ola bilər:
“Qərb və İsrail bunu yaxşı anlayır və ona görə də bu dəfə İrana heç bir güzəştə getmək fikrində deyillər. İran da yaxşı anlayır ki, bu dəfə ona heç bir güzəşt edilməyəcək. Elə o səbəbdən də indi oqoniya vəziyyətində hara gəldi dronlarla hücumlar edir, raketlər atır.
Hesab edirəm ki, bütün region ölkələrini və ümumən dünyanın böyük əksəriyyət ölkələrini öz üzərinə qaldırmaq kursunu davam etdirən bir dövlətin sonu olmaz, o parçalanar və yerində kiçik dövlətlər qurular – Yuqoslaviyada olduğu kimi...”.

Etibar Seyidağa,
Musavat.com

Yazının mənbəyi