XƏBƏRLƏR
Sosial
İnsanların bölgələrdən Bakıya axını geniş vüsət almaqdadır. Əsasən işləmək məqsədilə paytaxta gələnlər burada taksi sürücüsü, tikinti şirkətlərində fəhlə kimi fəaliyyət göstərmək məcburiyyətində qalırlar. Vətəndaşların Bakıya köçü müxtəlif problemlərlə yanaşı, kənd təsərrüfatında da geriləməyə səbəb olur.
Əhalinin Bakıya köçünü dayandırmaq üçün bölgələrimizdə hansı peşə üzrə iş yerlərinin sayı artırılmalıdır?
Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov bunun yetərincə ciddi bir problem olduğunu vurğulayıb.
Ətraflı videoda:
O deyib ki, problemin həlli yollarını bir açıqlama ilə söyləmək mümkün olmasa da əsas istiqamətləri sadalamaq olar:
“Bu gün urbanizasiya – yəni kənd əhalisinin şəhərlərə axını demək olar ki, bütün ölkələrin ən ciddi problemlərindən biridir. Dünyada birinci sənaye inqilabı ilə kənd əhalisinin şəhərlərə axınına start verildi. Buna qədər əhalinin təxminən 3 faizi şəhərlərdə yaşasa da, kənddən şəhərə insan axını ildən ilə sürətlə artmağa başladı. Yaxın illərdə dünyada şəhər əhalisinin xüsusi çəkisinin 60 faizə çatacağı gözlənilir.
Kənd əhalisinin sürətlə şəhərlərə axını yalnız Azərbaycanın problemi deyil, lakin bizdə urbanizasiya daha acınacaqlı şəkildə baş verir. Bu, ilk növbədə ölkə iqtisadiyyatının 95 faizdən çoxunun Abşeron yarımadasında yerləşməsi ilə daha çox bağlı olan məsələdir”.
Zaira Akifqızı