logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

İqtisadiyyat

Dubayda Ermənistan 6 milyard, Azərbaycanla Pakistan cəmi 22 milyon? - İlham Əliyev hədəfi düz vurdu...

Dubayda Ermənistan 6 milyard, Azərbaycanla Pakistan cəmi 22 milyon? - İlham Əliyev hədəfi düz vurdu...

25/02/2025

3 dəq. oxu

Fikrət Yusifov: “İki ölkə hansı sahələrin iqtisadi baxımdan daha cazibədar olduğunu araşdırmalıdır”

Azərbaycan və Pakistan iqtisadi tərəfdaşlığı siyasi sahədəki səviyyəyə çatdırmalıdırlar. Bunu Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşü zamanı çıxışında deyib.

Ölkə başçısının sözlərinə görə, görüş zamanı çox geniş iqtisadi gündəliyi razılaşdırıb, iqtisadi əməkdaşlığa və sərmayə imkanlarına aid praktiki layihələri müzakirə ediblər: “Azərbaycanın Pakistana sərmayələri ilə bağlı imzalanacaq sənədlərin bir ay ərzində hazırlanması məqsədilə artıq öz heyətlərimizə fəal çalışmaq təlimatlarını verdik. Mənim Pakistana dövlət səfərim zamanı rəsmən bəyan etdim ki, Azərbaycan Pakistanda müxtəlif layihələrə minimum 2 milyard dollar sərmayə yatırmağa hazırdır. Əminəm ki, bu gün əhatə edəcəyimiz bütün məsələlər, eləcə də bir çox digər sahələr üzrə işimiz Biznes Forumunda davam edəcək və aramızda daha sıx tərəfdaşlıq olacaq. Biz iqtisadi tərəfdaşlığımızı siyasi sahədəki səviyyəyə çatdırmalıyıq və bu, qarşılıqlı siyasi iradənin aydın təzahürünə çevriləcək”.

2024-cü ildə Azərbaycan ilə Pakistan arasındakı ticarət dövriyyəsi 22 milyon 048 min dollar olub. Bu da çox azdır və iki ölkənin potensialına cavab vermir. Müqayisə üçün qeyd edək ki, Ermənistanla Birləşmiş Ərəb Əmirliyinin illik ticarət dövriyyəsi 6 milyard dollara yaxındır. Ermənistanla BƏƏ arasında ticarət dövriyyəsi 6 milyarda yaxın, Azərbaycanla strateji müttəfiqimiz olan Pakistan arasında ticarət dövriyyəsi cəmi 22 milyon dollar. Bu, rəqəm iki ölkə arasında siyasi dostluğa, qardaşlığa uyğun olmayan iqtisadi nəticədir. O üzdən, Prezident Əliyev doğru olaraq vurğuladı ki, iki ölkə arasında iqtisadi tərəfdaşlığı siyasi sahədəki səviyyəyə çatdırmaq lazımdır. Bunun üçün nələrə, hansı işlərin görülməsinə ehtiyac var?

“Elə məhsullar var ki, onların Pakistandan idxalına daha çox önəm verməliyik”

Sözügedən məsələyə aydınlıq gətirən sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Prezident İlham Əliyevin Pakistan baş naziri ilə görüşü zamanı Azərbaycanla Pakistan arasındakı iqtisadi əməkdaşlığa dair səsləndirdiyi fikirlər həqiqətən də düşündürücüdür. Bu, gerçəkdən bir iqtisadçı olaraq məni narahat edir. Doğrudan da biz siyasi müstəvidə Pakistanla bu qədər yaxınlıq etdiyimiz halda, iqtisadi əməkdaşlığımızın ölçülərini əks etdirən rəqəmlər çox kiçikdir. Yəni müqayisə edilməyəcək dərəcədə kiçikdir. Ona görə də bu istiqamətdə səyləri artırmaq lazımdır. Önəmli olan odur ki, biz də öz tərəfdaşlarımızla, yaxın olan ölkələrlə bu əlaqələri qurub yarada bilək. Pakistan kimi ölkə ilə iqtisadi əlaqələrimizi bu münasibətlərin layiq olduğu bir səviyyəyə yüksəldə bilək. Məlum olduğu kimi, tapşırıq verilib və bu istiqamətdə işlər görülür. Artıq yeni sənədlər zərfi hazırlanır. Prezident İlham Əliyev 2 milyard dollara qədər sərmayənin Pakistan iqtisadiyyatına yatırılması ilə bağlı mövqeyini ortaya qoyub. Fikrimcə, bu çox ciddi bir rəqəmdir və hesab edirəm ki, yaxın gələcəkdə biz Pakistanla Azərbaycan arasında iqtisadi əlaqələrin lazım olduğu bir səviyyəyə yüksəldiyini görə biləcəyik. Bu, bizim üçün bütün mənalarda – həm iqtisadi, həm də siyasi mənada çox önəmli məsələdir. Hesab edirəm ki, iki ölkə hansı sahələrin iqtisadi baxımdan daha cazibədar olduğunu araşdırmalıdır. Elə məhsullar var ki, onların Pakistandan idxalına daha çox önəm verməliyik. Elə məhsullar var ki, onların Pakistan Azərbaycandan idxalına xüsusi diqqət etməlidir. Qarşılıqlı sərmayə qoyuluşları artmalıdır. Onu da qeyd edim ki, Ermənistanla BƏƏ arasında ticarət dövriyyəsinin 6 milyard dollar olması real iqtisadiyyata söykənmir. Bu, reeksporta əsaslanır. Rusiya sanksiya səbəbindən almaz və digər qiymətli metalları Ermənistan üzərindən BƏƏ-yə ixrac edir. Ona görə belə böyük rəqəm alınıb”.

Vidadi ORDAHALLI

Original mənbə