logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Sosial

ABŞ-ın Sakramento şəhərində “Şuşa İli”nə həsr olunmuş növbəti tədbir keçirilib

ABŞ-ın Sakramento şəhərində “Şuşa İli”nə həsr olunmuş növbəti tədbir keçirilib

26/09/2022

3 dəq. oxu

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olmuş "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi “ABŞ-da Şuşa ilinə həsr edilmis silsilə tədbirlərin təşkili” layihəsi çərçivəsində ABŞ-ın Kaliforniya ştatının paytaxtı Sakramento şəhərində Kaliforniya Dövlət Kapitol Binasının yaxınlığında növbəti tədbir keçirib.

Bu tədbir həm də yerli erməni icmasının bir gün öncə eyni yerdə Azərbaycan ordusunun torpaqlarımızın bütövlüyü uğrunda apardığı uğurlu əməliyyatlara kölgə salmaq məqsədilə keçirdiyi tədbirə cavab olub. 

Tədbirdə Azərbaycanın ABŞ-n Los Anceles şəhərindəki Baş Konsulluğunun rəhbəri – Baş Konsul vəzifəsini icra edən Ramiz Daşdəmirov və Konsulluğun digər əməkdaşları, ABŞ cəmiyyətində tanınmış ictimai xadimlər, digər ölkələrin ABŞ-da olan icma nümayəndələri və Azərbaycan icmasının nümayəndələri iştirak edib.

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri professor Fikrət Yusifov öz çıxışında Azərbaycanda Şuşanın yaranışının 270- illiyinə həsr edilmiş tədbirlər planı və hazırda ABŞ-da icra edilən layihə ilə bağlı iştirakçılara məlumat verib, erməni hərbi birləşmələrinin 30 ilə yaxın işğal altında saxladıqları torpaqlarımızda törətdikləri dağıntılardan, 44 günlük Qarabağ müharibəsi nəticəsində ərazilərimizin və mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edilməsindən danışıb.

Tədbirdə Azərbaycanın ABŞ-ın Los Anceles şəhərindəki Baş Konsulu vəzifəsini icra edən Ramiz Daşdəmirov, ABŞ-ın Qolden Qeyt Universitetinin professoru Can Vilson, Amerika cəmiyyətində öz ictimai aktivliyi ilə seçilən Şeyn Del Kohen və başqaları çıxış edib.

Tədbir zamanı ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları torpaqlarımızda və mədəniyyət beşiyimiz Şuşada törətdikləri vəhşiliklərin miqyasını əks etdirən foto sərgi nümayiş etdirilib.