logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Sosial

Diqqət! Kartından pulu oğurlananlar oxusun – Banklar bu addıma hazırlaşır

Diqqət! Kartından pulu oğurlananlar oxusun – Banklar bu addıma hazırlaşır

21/01/2025

1 dəq. oxu

Bir neçə gün öncə Milli Qəhrəman Hökumə Əliyevanın ailəsindən oğurlanan pullar geri qaytarıldı. Cinayətdə iştirak edən şəxs isə dərhal saxlanıldı.

Azərbaycanda, demək olar, hər gün bank kartlarından külli miqdarda vəsait çəkilir. Belə çıxır, banklar və hüquq mühafizə orqanları kibercinayətkarları tez bir zamanda ifşa edə bilir. Üstəlik, vətəndaşa dəyən zərər ödənir.

Bu nümunə başqa cinayətlərin də üstünün açılmasına səbəb olacaqmı? İkinci məsələ, banklar vəsaiti oğurlanan digər vətəndaşların da pulunu geri qaytaracaqmı?

Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifovun sözlərinə görə, kibercinayətkarlıq dünyanın bütün ölkələrində mövcuddur.

O, təəssüflə qeyd edib ki, bunun miqyası getdikcə genişlənir:

“Bu sırada bank hesablarına hücumlarla bağlı baş verən kibercinayətkarlıq daha sürətlə artır. Məsələn, şimal qonşumuz Rusiyada son bir ildə kibercinayətkarların bank hesablarına hücumları iki dəfə artıb. Son illər Azərbaycanda kibercinəyətkarlıqla mübarizənin səmərəli təşkili istiqamətində bir çox mühüm işlər görülüb. Elə bunun nəticəsidir ki, məlum hadisədən dərhal sonra vətəndaşın hesabından vəsait oğurlamış şəxslər aşkar edildi.

Bu işlərin daha uğurla aparılması və öz fəaliyyətini mütəmadi “təkmilləşdirən” kibercinayətkarlara qarşı daha səmərəli mübarizə aparmaq üçün hüquq-mühafizə orqanları yanında fəaliyyət göstərən aidiyyəti qurumların fəaliyyətinin yaxından əlaqələndirilməsi zərurudir. Daha yaxşı olardı ki, kibercinayətkarlıqla mübarizə bir mərkəzdən idarə edilsin – bu mənim şəxsi fikrimdir”.

Zaira Akifqızı

Original mənbə