logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

Keçmiş nazir: Gənc siyasətçiyə gerçəkdən İlham Əliyevdən öyrənməli çox məqamlar var

Keçmiş nazir: Gənc siyasətçiyə gerçəkdən İlham Əliyevdən öyrənməli çox məqamlar var

18/01/2025

1 dəq. oxu

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Bakıya səfəri anti-Azərbaycan qüvvələrinin yuxusunu ərşə çəkib. Xüsusilə, Cənubi Qafqazın üçüncü ölkəsi olan Ermənistan bu səfərdən ciddi narahatlıq keçirməkdədir.

Gürcü baş nazir Azərbaycan Prezidenti ilə keçirilən görüşündən sonrakı birgə mətbuat konfransında İlham Əliyevi regionun fərqli bir lideri saydığını və ondan nümunə götürdüyünü açıq şəkildə bəyan edib.

Musavat.com xəbər verir ki, sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov Gürcüstan baş nazirinin parlament seçkilərindən sonra Azərbaycana səfərini təsadüfi saymır:

“Müstəqillik illərində iki ölkə arasında bütün səviyyələrdə olan əlaqələr dərinləşib və ölkələrimiz arasında iqtisadi müstəvidəki münasibətlər sürətlə inkişaf edib. Azərbaycan neftinin və qazının Gürcüstan üzərindən dünya bazarlarına çıxarılması, şərqlə qərbi birləşdirən Bakı-Tiflis-Qars dəmir yolunun Gürcüstan üzərindən keçməsi iki ölkə arasında münasibətlərin səviyyəsini səciyyələndirmək üçün yetərlidir.

Gürcüstan baş nazirinin Prezident İlham Əliyevlə görüş zamanı onun ünvanına söylədiyi sözlərə gəlincə isə, demək lazımdır ki, gənc siyasətçiyə gerçəkdən Heydər Əliyev siyasi idarəçilik məktəbini keçərək dünya siyasət meydanında söz sahibinə çevrilən Prezident İlham Əliyevdən öyrənməli çox məqamlar var”.

Cavanşir ABBASLI,
Musavat.com

Original mənbə