GÜNDƏM
Siyasət
Gürcüstan sərhədində Rusiyadan Ermənistana göndərilən zirehli gödəkçələr tutulub. Ötən ilin avqust ayında isə Rusiyadan Ermənistana təyyarələrlə qanunsuz yollarla silah daşınırdı. Bu yaxınlarda Prezident İlham Əliyev AzTV-yə müsahibəsində Rusiyadan Ermənistana silah daşınmasını ağır formada tənqid etmişdi. Prezident bir neçə ciddi faktlar da sadalamışdı. İndi də Ermənistana hərbi “bronjiletlər”in göndərilməsi bir daha təsdiq edir ki, Rusiya öz işindədir, Ermənistana hər cür hərbi dəstək verməkdə davam edir? Belə iddialar da səslənir ki, Rusiyada müəyyən dairələr Ermənistanı yeni müharibəyə hazırlayır. Bu, nə dərəcədə əsaslıdır? Sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, artıq 44 günlük müharibədən ötən dövr ərzində ruslar bizə yetərincə problemlər yaşada biliblər. Bundan sonra onların daha eybəcər oyunlara imza atacaqlarına şübhə olmamalıdır. Bu səbəbdən bizim bir yolumuz qalır: “Biz Rusiya qarşısında geri çəkilməməliyik, xüsusilə də Türkiyə kimi qardaş dövlətin bizimlə bir yerdə olmasından maksimum yararlanmalıyıq. Əks halda, Rusiya bizim üzərimizə gəlməkdə davam edəcək. Bu həyasızlığın bir nümunəsi də onların durmadan Gürcüstan üzərindən müxtəlif əyri yollarla Ermənistana silah-sursat daşımaq cəhdləridir. Bu durumda bizim geriyə yolumuz yoxdur. Gəlin hadisələrə bir qədər başqa müstəvidən baxaq. Sovetlər birliyi dağıldıqdan sonra ermənilər Ermənistanda olan azsaylı rusları oradan qovdular, erməni vətəndaşlarına Ermənistanda qeyri-dildə, o cümlədən rus dilində təhsil almağı qanunla qadağan etdilər və bu gün Rusiyanın oksigen yastığı ilə nəfəs alan Ermənistanda çoxluq ruslara “buradan rədd olun” deyirsə, biz nə üçün bundan nəticə çıxarmamalıyıq? Ancaq biz hələ ki bunun əksini edirik. Yüzlərlə rus məktəbi, az qala evdə də hamımız rus dilində danışırıq, məktəb və uşaq bağçalarında rus bölməsində yer tapmaq cəmiyyətin “ən müşkül işinə” çevrilibsə, ruslara Qarabağda etiraz etməyimizin nə mənası var? Qarabağda rusların özbaşınalığına şəraiti biz mülayimliyimizlə özümüz yaratmışıq və onun da bədəlini ödəməkdəyik. Ən təhlükəli işğal mədəni işğaldır. Silahla, top-tüfənglə olan bütün işğallar müvəqqətidir-erməni işğalı kimi. Vəziyyətdən gerçək çıxış yolları varmı? Əlbəttə var. Bu yolların ən yaxşı nümunəsi Ermənistanda, Gürcüstanda, Ukraynada və Baltikyanı respublikalardadır. Gəlin konstitusiyamızda vətəndaşlarımızın qeyri dildə təhsil almasını yasaqlayan dəyişikliyi ümumxalq müzakirəsinə çıxaraq, onda görün Rusiya hakimiyyəti və bu hakimiyyətin trolları nə hala düşəcəklər. Hələ mən demirəm ki, Ukraynada olduğu kimi rus dilində danışığa görə cərimələr tətbiq edək. Hər bir tərəflə onların başa düşdüyü dildə danışmağı bacarmalıyıq. Əks halda, rus da, qeyriləri də durmadan bizim üzərimizə gələcəklər. Erməniləri silahlandırmağın başqa adı yoxdur-Rusiya erməniləri Azərbaycanla savaşa hazırlayır".Gürcüstan sərhədində Rusiyadan Ermənistana göndərilən zirehli (gülləkeçirməz) gödəkçələr tutulub. Ötən ilin avqust ayında isə Rusiyadan Ermənistana təyyarələrlə qanunsuz yollarla silah daşınırdı. Bu yaxınlarda Prezident İlham Əliyev AzTV-yə müsahibəsində Rusiyadan Ermənistana silah daşınmasını ağır formada tənqid etmişdi. Prezident bir neçə ciddi faktlar da sadalamışdı. İndi də Ermənistana hərbi “bronjiletlər”in göndərilməsi bir daha təsdiq edir ki, Rusiya öz işindədir, Ermənistana hər cür hərbi dəstək verməkdə davam edir? Belə iddialar da səslənir ki, Rusiyada müəyyən dairələr Ermənistanı yeni müharibəyə hazırlayır. Bu, nə dərəcədə əsaslıdır? Sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, artıq 44 günlük müharibədən ötən dövr ərzində ruslar bizə yetərincə problemlər yaşada biliblər. Bundan sonra onların daha eybəcər oyunlara imza atacaqlarına şübhə olmamalıdır. Bu səbəbdən bizim bir yolumuz qalır: “Biz Rusiya qarşısında geri çəkilməməliyik, xüsusilə də Türkiyə kimi qardaş dövlətin bizimlə bir yerdə olmasından maksimum yararlanmalıyıq. Əks halda, Rusiya bizim üzərimizə gəlməkdə davam edəcək. Bu həyasızlığın bir nümunəsi də onların durmadan Gürcüstan üzərindən müxtəlif əyri yollarla Ermənistana silah-sursat daşımaq cəhdləridir. Bu durumda bizim geriyə yolumuz yoxdur. Gəlin hadisələrə bir qədər başqa müstəvidən baxaq. Sovetlər birliyi dağıldıqdan sonra ermənilər Ermənistanda olan azsaylı rusları oradan qovdular, erməni vətəndaşlarına Ermənistanda qeyri-dildə, o cümlədən rus dilində təhsil almağı qanunla qadağan etdilər və bu gün Rusiyanın oksigen yastığı ilə nəfəs alan Ermənistanda çoxluq ruslara “buradan rədd olun” deyirsə, biz nə üçün bundan nəticə çıxarmamalıyıq? Ancaq biz hələ ki bunun əksini edirik. Yüzlərlə rus məktəbi, az qala evdə də hamımız rus dilində danışırıq, məktəb və uşaq bağçalarında rus bölməsində yer tapmaq cəmiyyətin “ən müşkül işinə” çevrilibsə, ruslara Qarabağda etiraz etməyimizin nə mənası var? Qarabağda rusların özbaşınalığına şəraiti biz mülayimliyimizlə özümüz yaratmışıq və onun da bədəlini ödəməkdəyik. Ən təhlükəli işğal mədəni işğaldır. Silahla, top-tüfənglə olan bütün işğallar müvəqqətidir-erməni işğalı kimi. Vəziyyətdən gerçək çıxış yolları varmı? Əlbəttə var. Bu yolların ən yaxşı nümunəsi Ermənistanda, Gürcüstanda, Ukraynada və Baltikyanı respublikalardadır. Gəlin konstitusiyamızda vətəndaşlarımızın qeyri dildə təhsil almasını yasaqlayan dəyişikliyi ümumxalq müzakirəsinə çıxaraq, onda görün Rusiya hakimiyyəti və bu hakimiyyətin trolları nə hala düşəcəklər. Hələ mən demirəm ki, Ukraynada olduğu kimi rus dilində danışığa görə cərimələr tətbiq edək. Hər bir tərəflə onların başa düşdüyü dildə danışmağı bacarmalıyıq. Əks halda, rus da, qeyriləri də durmadan bizim üzərimizə gələcəklər. Erməniləri silahlandırmağın başqa adı yoxdur-Rusiya erməniləri Azərbaycanla savaşa hazırlayır".