logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2024 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

AŞPA-nın Azərbaycana qarşı son addımları təəccüb doğurmamalıdır

AŞPA-nın Azərbaycana qarşı son addımları təəccüb doğurmamalıdır

26/01/2024

6 dəq. oxu

Azərbaycan müstəqilliyinin ilk illərindən beynəlxalq riyakarlıqla üz-üzədir. Bu sırada Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı son addımları təəccüb doğurmamalıdır. Biz torpaqlarımızın işğal altında qaldığı, o torpaqlarda bütün yaşayış məntəqələrimizin yerlə yeksan edildiyi, yüz minlərlə insanın öz ata-baba yurdlarından didərgin düşdüyü, mədəni irsimizə aid abidələrin və dini abidələrimizin darmadağın edildiyi otuz ildə AŞPA kimi bir təşkilatın səsini eşitmədik. Bu təşkilat işğal dövründə bir dəfə də olsun Ermənistana "gözün üstündə qaşın var" demədi. Otuz işğal ilində Azərbaycana bəslənilən bu iyrənc münasibəti ortadaykən AŞPA-nın indi bizdən nəsə tələb etmək haqqı varmı? AŞPA kimi qondarma təşkilatlar böyük güclərin əlində başqalarına təzyiq alətindən başqa heç nə deyil.

AŞPA üç ay bundan öncə - 23 oktyabr 2023-cü il tarixixdə “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edərək, Qarabağ torpaqlarımızda 19 sentyabr tarixində keçirtdiyimiz lokal antiterror əməliyyatlarına görə Azərbaycanı açıq-aşkar təhdid etmişdi. Azərbaycan Ordusunun bölgədə terrorizmin və separatizmin kökünü birdəfəlik kəsməyə yönəlmiş lokal xarakterli antiterror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirib, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatlıq ifadə edilən bu sənəddə AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələyib. Deməli, AŞPA-nın indi atdığı addım ən azı 3 ay bundan öncə planlaşdırılıb. Azərbaycan AŞPA-nın keçən ilin oktyabr ayında qəbul etdiyi o bədnam qətnamədən ötən müddət ərzində nə etməli idi ki, AŞPA ilin yekunlarına həsr olunacaq toplantıda Azərbaycan nümayəndə heyətinin mandatını təsdiq etsin? Bu “ağalar”ın təbirincə ötən müddət ərzində biz erməni terrorçularını Qarabağ torpaqlarımıza qaytarmalı və lokal antiterror əməliyyatları zamanı müsadirə etdiyimiz hərbi texnikanı və hərbi sursatları onlara qaytarıb deməliydik ki, "buyurun, davam edin, öz əməllərinizi"…

AŞPA kimi təşkilatların bu şəkildə davranışları siyasi "fahişəlik"dir. Bunun başqa bir adı yoxdur. Ona görə də Azərbaycan nümayəndə heyəti də çox haqlı olaraq, ləyaqətini artıq çoxdan itirmiş bu təşkilatdakı fəaliyyətini qeyri-müəyyən vaxta təxirə saldı. Mən hesab edirəm ki, biz Azərbaycanın haqq işinə qarşı çıxan ölkələrlə və beynəlxalq təşkilatlarla müstəsna olaraq, onların başa düşdükləri dildə danışmalıyıq.

Bəs AŞPA-nın bu addımmlarını kimlər tətikləyir? Bu sual da cavabsız deyil. Qarabağ torpaqlarımızda bir günlük lokal antiterror əməliyyatlarından sonra Fransanın Azərbaycana qarşı beynəlxalq müstəvidə hər hansı bir qərar qəbul edilməsi üçün göstərdiyi canfəşanlıqlar bir-birinin ardınca fiaskoya uğradı. Bunu görən Qərb, Fransaya dəstək üçün Almaniyanı da bu sıraya qoşdu. Dünyaya iki cahan savaşı bəxş edib, on milyonlarla insanın ölümünə səbəbkar olmuş bir xalqın nümayəndələri harada təmsil olmalarından asılı olmayaraq, mənsub olduqları xalqın tarixdə törətdiyi cinayətlərin məsuliyyətini bir an belə unutmamalıdırlar. Ancaq görünən budur ki, "mədəni" xalq imicini yaratmağa cəhd edən almanların "genlər"indəki bəd niyyət heç vaxt onları tərk etməyəcək.

AŞPA kimi bir oyuncaq təşkilatı Azərbaycana qarşı "hürüdənlər" nə qazanacaqlar? Azərbaycan 30 ildir ki, bu qəbildən olan basqılarla üz-üzə olsa da onun karvanı dayanmır – yəni it hürsə də, karvanımız öz yoluna davam edir…

Azərbaycana qarşı bütün bu basqılar son bir neçə ildə nədən bu qədər artıb? Qərbin bu oyunlarının 44 günlük ikinci Qarabağ savaşındakı qələbəmizdən və xüsusilə də keçən ilin 19-20 sentyabr tarixində Qarabağda separatizmin kökünü kəsən lokal antiterror əməliyyatlarımızdan sonra bu şəkildə güclənməsinin əsl səbəbi də torpaqlarımızı öz gücümüzlə işğaldan azad etməyimiz, o torpaqlarda kök salmış separatizmin kökünü birdəfəlik kəsməyimizdir.

Bu qıcığı son aylarda yaradan bir başqa amil isə odur ki, Azərbaycanla Ermənistan öz aralarında sülh müqaviləsini vasitəçilərin xidmətindən istifadə etmədən bağlamaq istiqamətində müəyyən addımlar atmağa başlayıblar.

Qərb bu bölgədən nə istəyir? Onun nə Ermənistan nə də Azərbaycan sevgisi yoxdur. Qərb sadəcə Cənubi Qafqazdan Rusiyanı hansı yolla olursa-olsun vurub çıxartmaq və burada əsaslanmağı düşünür. Çünki bölgənin hazırkı imkanlarını, eyni zamanda perspektivdə onun nə qədər böyük əhəmiyyət kəsb edəcəyini yaxşı anlayır. Bir sözlə, Qərb və onun bugünkü sözçüsü Fransa, Azərbaycan başda olmaqla, Cənubi Qafqazın nəhəng bir nəqliyyat və ticarət mərkəzinə çevriləcəyini yaxşı bilir. Bu səbəbdən indidən bölgənin aktiv oyunçusuna çevrilməyə cəhd göstərir. Lakin bütün canfəşanlıqlara baxmayaraq, bu da Qərb üçün həlli mümkün olmayan bir məsələdir.

Qərbin bu çirkin oyunlarından sonra Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin gecikməsinin gerçək səbəbləri ortaya çıxır. Sülh müqaviləsinin bağlanması prossesinin uzadılmasının arxasında Qərb və ilk növbədə Fransa dayanır. Ermənistan bu məsələdə müstəqil hərəkət etmək və qərar qəbul etmək imkanlarından özünü artıq çoxdan məhrum edib. Nikol Paşinyanın sülh müqaviləsi ətrafındakı bütün bəyanatları sadəcə əsası olmayan boş danışıqdan başqa heç nə deyil. Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamağı gerçəkdən istəsə belə, Qərb və onun qızışdırıb ortaya saldığı Fransa buna imkan verməyəcək. Çünki, sülh müqaviləsinin bağlanması ilə Cənubi Qafqazda mövcud olan münaqişə ocağı tam sönmüş olacaq.

Bəs o halda dünyanın hər yerində özünə yalnız yaratdıqları və idarə etdikləri konfliktlərlə yer alan Qərb güclərinin və xüsusilə də Fransanın Cənubi Qafqaza giriş qapısı haradan olacaq?

Bölgədə konflikt yoxdursa, Fransa kimi ölkə bu bölgəyə hansı adla, kimin “hüquqlarını müdafiə etmək” üçün gələcəklər?

Bu səbəbdən Fransa və onun arxasında dayanan digər böyük güclər öncə Qarabağa ermənilərin qaytarılmasına və onlara hər hansı bir statusun alınmasna çalışırlar. Hesab edirlər ki, sülh müqaviləsinin bağlanmasının vaxtını uzadıb, Azərbaycana müxtəlif formalarda təzyiq göstərməklə, öz məqsədləri istiqamətində addımlamağa məcbur edə bilərlər.

Çox qəribə bir mənzərə yaranıb: Ermənistan hakimiyyəti və onun "baş"ında dayanan Nikol Paşinyan artıq dəfələrlə "Qarabağ, Azərbaycandır" deyib, Azərbaycanın ərazi bütövlüyünü tanısa da və keçən ilin sentyabr ayının 19-da Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror əməliyyatından sonra Qarabağdan Ermənistana könüllü şəkildə köçüb getmiş ermənilərin geri qaytarılması ilə əlaqədar heç bir təşəbbüs göstərməsə də, Fransa və onun təsir dairəsində olan AŞPA kimi qondarma təşkilatlar bu məsələdə sakitləşmək bilmir. Fransa senatı və AŞPA bununla bağlı qətnamə qəbul edir, ermənilərin "geri qaytarılması"nı və onlara təminat verilməsini tələb edirlər. Halbuki, Ermənistan parlamenti bununla bağlı artıq çoxdan susub. Bunlar artıq ermənidən daha çox erməni olmaq yolunu tutublar. Təbi ki, bunun əsas səbəbi erməni sevgisi deyil. Hazırda həmin ermənilər Qərbin Cənubi Qafqaza girmə arzusundan ötrü son və yeganə ümid alətidirlər. Bütün bunlar bir daha aydın göstərir ki, sülh müqaviləsinin bağlanmasına kimlər və nə üçün mane olurlar.

Fikrət Yusifov,

İqtisad elmləri doktoru, professor