logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2026 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

Bakı Trampa “hə” dedi - Ağ Ev rəhbərinin Sülh Şurasında Azərbaycan imzası

Bakı Trampa “hə” dedi - Ağ Ev rəhbərinin Sülh Şurasında Azərbaycan imzası

21/01/2026

1 dəq. oxu

“Azərbaycan artıq ABŞ Prezidenti Donald Trampın Sülh Şurasının təsisçi üzvü olmaq dəvətini qəbul edib. Yaxın günlərdə ölkəmizin Sülh Şurasına üzvlüyünü təsdiq edən rəsmi məktub ABŞ administrasiyasına göndəriləcək”.

Bu sözləri Musavat.com-a sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov deyib.

O, Ağ Ev rəhbərinin dəvətinin rolunun olduqca böyük olmasından söz açıb:

“Azərbaycan bu addımı ilə bir daha sübut etdi ki, beynəlxalq əməkdaşlığa, eləcə də dünyada və regionumuzda sülhün və sabitliyin möhkəmləndirilməsinə dəstək verməyə həmişə hazırdır. Bu ilin yanvar ayının 16-da ABŞ Prezidenti Donald Tramp onun rəhbərliyi altında yaradılan "Sülh Şurası" -na üzv olmaq təxminən 60 ölkəyə dəvət göndərilib. Dəvət alan ölkələrin sırasında Qazaxıstan, Özbəkistan, Belarus və digər keçmiş sovet respublikaları da var.

Onlar artıq Trampın şuraya qoşulmaq dəvətini qəbul ediblər. ABŞ rəhbərliyi belə bir dəvəti Ermənistanın Baş naziri Nikol Paşinyana da göndərib və Ermənistan rəhbəri bu dəvəti böyük məmuniyyətlə qəbul edib. Trampın məqsədi "Sülh Şurası" vasitəsilə Qəzzada müharibəyə son qoymaqdır. Şuranın nizamnaməsinə görə, üzv ölkələrin liderləri ildə bir dəfə ABŞ Prezidentinin sədrliyi ilə bir araya gələcəklər. Şuranın daimi üzvü olmaq istəyən ölkələr Qəzzanın bərpası üçün 1 milyard dollara qədər vəsait ödəməlidirlər”.

Cavanşir ABBASLI
Musavat.com

Yazının mənbəyi