logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

Əliyevlə Trampın üçüncü görüşü olacaq? – Gözlər Vaşinqtonda

Əliyevlə Trampın üçüncü görüşü olacaq? – Gözlər Vaşinqtonda

04/11/2025

3 dəq. oxu

Mərkəzi Asiyada əməkdaşlıq Azərbaycansız olmaz; Qazaxıstan prezidentinin o istəyi reallaşacaqmı?

Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp Mərkəzi Asiya ölkələrinin (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan) liderlərini Ağ Evə dəvət edib. Məqsəd noyabrın 6-da Vaşinqtonda C5+1 formatında onların iştirakı ilə keçirilməsi nəzərdə tutulan Orta Asiya-ABŞ sammitidir. 

Diqqəti çəkən məqam odur ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sammitdə Azərbaycanın potensial iştirakı ilə bağlı da fikirlərini bildirib: “Mən Azərbaycanın da belə bir vacib forumda iştirakını arzuolunan hesab edirəm. Çünki enerji ehtiyatları, əlverişli coğrafi mövqeyi, həmçinin Prezident İlham Əliyevin strateji vizyonu və siyasi iradəsi nəzərə alınmaqla, bu ölkə mahiyyət etibarilə regional nəqliyyat, logistika və enerji gücünə çevrilib və Cənubi Qafqazda və ondan kənarda mühüm rol oynayır. Azərbaycan Böyük Orta Asiyanın təbii bir hissəsi hesab edilə bilər. Əminəm ki, tədbir məhsuldar və qarşılıqlı faydalı olacaq”.

Göründüyü kimi, Tokayev istəyir Azərbaycan da həmin tədbirdə iştirak etsin. Bu halda Prezident İlham Əliyevlə amerikalı həmkarı üçüncü dəfə bir araya gələ bilər. İndiyə qədər iki görüş olub. Biri 8 avqustda Ağ Evdə keçirilən sülh zirvəsidir, digəri Misirdə baş tutan Qəzza sammiti. Bu dəfə də Vaşinqton sammiti olacaq, lakin Azərbaycanın iştirakı haqda rəsmi məlumat verilməyib. Çünki bu tədbir Mərkəzi Asiya ölkələrinin liderləri ilə baş tutacaq. Amma Azərbaycan da bir türk dövləti və Orta Asiya ilə sıx bağlantıları olan ölkə kimi bu zirvəyə qoşula bilər.  

Ekspertlər necə hesab edirlər, İlham Əliyevin sammitdə iştirakı mümkünmü? ABŞ Mərkəzi Asiya ölkələrinin liderləri ilə bir araya gəlməklə bu regionla bağlı hansı planlar qurur? Rusiyanın reaksiyası necə ola bilər?

Sabiq maliyyə naziri, professor, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a söylədi ki, Azərbaycan yerləşdiyi böyük regionun artıq sıradan bir dövləti deyil: “Azərbaycan bu gün regionda dünyanın iki böyük dövlətinin – ABŞ və Çinin ən yaxın tədəfdaşıdır. Hər iki ölkə ilə münasibətlərin bu səviyyəyə yüksəlməsi uzun illər ərzində aparılan uğurlu xarici siyasətin nəticəsidir. Mərkəzi Asiya ölkələrinin noyabr ayının 6-da Vaşinqtonda keçiriləcək ABŞ-Orta Asiya sammitində Mərkəzi Asiyanın lider ölkəsinin – Qazaxstanın prezidentinin bu sammitdə Azərbaycan prezidentinin iştirakını təklif etməsi də sıradan bir məsələ deyil. Əvvəla, ortada Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə hərtərəfli dərin münasibətləri mövcuddur. Digər tərəfdən Mərkəzi Asiya ölkələri çox yaxşı başa düşürlər ki, onların iqtisadi müstəvidə Qərblə münsaibətlərinin əsas yolları Azərbaycan üzərindən keçməlidir. Çünki, şərqlə qərbi birləşdirən və iqtisadi cəhətdən ən səmərəli yol Orta Yoldur. ABŞ-ın Cənubi Qafqaza gəlməsi və Orta yolun əsas həlqəsinə - Zəngəzur Dəhlizinə nəzarəti öz üzərinə götürməsi eyni zamanda şərqlə qərbi əlaqələndirən bütün kommunikasiyaların tam təhlükəsizliyi demək olacaqdır. Ticarət əlaqələrinin iki mühüm şərti var. Bunlardan biri yolun qısa olmasıdırsa, digəri onun təhlükəsiz olmasıdır. Bu yol da Azərbaycan üzərindən keçərək şərqdən Qərbə uzanan Orta yoldur. 

Bütün bu söylədiklərimiz fonunda Qazaxstan prezidenti noyabr ayının 6-dakı Sammitdə Azərbaycan prezidentinin iştirakının zəruriliyini əsaslandırmaq istəyib. O, bu təklifi irəli sürərkən eyni zamanda Azərbaycan prezidenti İlham Əliyevin dərin məntiqinə, iti ağlına və uzaqgörən siyasətçi olmasına söykənibdir. Tokayev çox yaxşı başa düşür ki, İlham Əliyevin bu sammitdə iştirakı Mərkəzi Asiya və ABŞ iqtisadi əlaqələrinə yeni bir implus verə bilər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Original mənbə