logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

İqtisadiyyat

Maaşlar: güzəşt başa çatır - Nə etməli? – AÇIQLAMA

Maaşlar: güzəşt başa çatır - Nə etməli? – AÇIQLAMA

19/09/2025

2 dəq. oxu

Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən, neft-qaz sahəsindən və dövlət sektorundan kənarda çalışan fiziki şəxslərin aylıq gəliri 8 min manata qədərdirsə, onlardan gəlir vergisi tutulmur. Bu qayda 2019-cu il yanvarın 1-dən – yeddi ilə yaxındır tətbiq edilir. Məcəllənin 101.1-1-ci maddəsi qaydanın məhz yeddi illiyə tətbiqini nəzərdə tutur. Belə çıxır ki, 2026-cı il yanvarın 1-dən neft-qaz sahəsindən və dövlət sektorundan kənarda çalışan, aylıq gəliri 8 min manata qədər olan fiziki şəxslərdən də gəlir vergisi tutulmağa başlanacaq. Artıq bu barədə mediada xəbərlər yayılır.

Vergi Məcəlləsinin 101.1-1-ci maddəsində nəzərdə tutulan güzəştin müddəti uzadılmalıdırmı?

Medianews.az saytının sualını cavablandıran sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov öncə xatırladıb ki, sözügedən güzəşti Azərbaycan hökuməti qeyri-neft sektorunda çalışanlara dəstək vermək üçün tətbiq edib: “Güzəştin vaxtının başa çatmasına bir neçə ay qalır. Hökumət nə düşünür, güzəştin vaxtı uzadılacaqmı, yoxsa müddət başa çatdığına görə güzəşt ləğv ediləcək? Bütün hallarda son sözü hökumət deyəcək. Əldə etdiyim məlumatlara görə, məsələ ilə bağlı hökumət bu günə qədər mövqeyini tam formalaşdıra bilməyib, lakin müzakirələr davam edir. Düşünürəm yaxın günlərdə hökumət bu məsələ ilə bağlı mövqeyini ictimaiyyətə açıqlayacaq.

Hesab edirəm ki, indiki durumda bu qəbildən olan vergi güzəştlərinin ləğv edilməsi kiçik və orta biznes üçün o qədər də arzuedilən deyil. Əksinə, bu sahədə biznesin, ilk növbədə isə kiçik və orta sahibkarların vergi yükünün azaldılması haqqında daha çox düşünmək lazımdır”.

Nailə Qasımova

Original mənbə