logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

İqtisadiyyat

Azərbaycanın müstəqillik uğrunda yolunun başlanğıcına daha bir baxış... İnanmaq olmur ki...

Azərbaycanın müstəqillik uğrunda yolunun başlanğıcına daha bir baxış... İnanmaq olmur ki...

03/06/2025

3 dəq. oxu

Fikrət Yusifov: “Bu, dünya tarixində bənzəri olmayan bir iqtisadi hadisə idi”

Prezident İlham Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışında deyib ki, o zaman imzalanan “Əsrin müqaviləsi” regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən saziş idi:

“İlk neft-qaz sərgisi 1994-cü ildə təşkil edilmişdir. Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı. Bunlar Prezident Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. O, aydın şəkildə anlayırdı ki, xüsusilə də enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan - nəzərə alsaq ki, o zaman bizim iqtisadiyyatımızın ən cəlbedici sahəsi məhz enerji idi, - Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək. Çünki bu gün həmin dövrə nəzər salanda aydın olur ki, Müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı. O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Təsəvvür edirsiniz ki, gələcəklə bağlı nə dərəcədə qaranlıq mənzərə yaranmışdı?!”

“Bu yatırımlar Azərbaycanın neftinə deyil, Heydər Əliyev şəxsiyyətinə olan güvənə edilən yatırımlar idi”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən və o zaman maliyyə naziri olan Fikrət Yusifovun fikrincə, sözügedən sazişin imzalanması ən doğru qərar idi: ““Əsrin müqaviləsi” gerçəkdən yerləşdiyimiz regionun geosiyasi və geoiqtisadi mənzərəsinin köklü şəkildə dəyişə bildi. Bu müqavilənin imzalandığı ərəfədə Azərbaycan iqtisadiyyatı özünün ən acınacaqlı bir dönəmini yaşayırdı. Ölkənin həyatında ictimai-siyasi sabitlik yox səviyyəsində idi desək, yanılmarıq. Həmin ərəfədə bir-birinin ardınca baş verən dövlət çevrilişi cəhdləri isə vəziyyəti daha da dramatik hala gətirirdi. 1993-cü ilin ortalarından etibarən mövcud durumun aradan qaldırılması istiqamətində ulu öndər Heydər Əliyevin rəhbərliyi altında atılan addımlar getdikcə vəziyyəti nəzarətə almağa və sabitləşdirməyə imkan verirdi. Dünyanın böyük neft kompaniyaları isə, öz növbəsində, bir il ərzində Heydər Əliyevin ölkədəki acınacaqlı durumu hansı siyasi ustalıqla nizamladığını müşahidə edirdilər. Onlar dahi siyasətçinin Azərbaycanı düşdüyü acınacaqlı durumdan xilas edəcəyinə inandılar. Və elə bu inamın nəticəsi idi ki, həmin dövrdə “Əsrin müqaviləsi”nə Azərbaycanın ozamankı ümumi daxili məhsulundan 7-8 dəfə çox yatırımlar etmək qərarı verdilər. Bu, dünya tarixində bənzəri olmayan bir iqtisadi hadisə idi. Mən mətbuat səhifələrində dəfələrlə demişəm - bu yatırımlar Azərbaycanın neftinə deyil, Heydər Əliyev şəxsiyyətinə olan güvənə edilən yatırımlar idi.

“Əsrin müqaviləsi” bizə nə verdi?

“Əsrin müqaviləsi” Azərbaycanı dünyanın siyasi müstəvisində kəsərli söz sahibinə çevirdi;

“Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının sürətli inkişafına və onun cənubi Qafqazın iqtisadiyyatının 2/3-dən çoxuna sahiblənmək şansı yaratdı;

“Əsrin müqaviləsi” Azərbaycana ümumi daxili məhsulun həcminə bərabər bir səviyyədə valyuta-qızıl ehtiyatları formalaşdırmağa imkan verdi;

“Əsrin müqaviləsi” bizə müasir hərbin ən son naliyyətləri ilə silahlanmış güclü ordu yaratmağa imkan verdi və bu Ordu erməni separatçılarının 30 ildə qurduqları istehkamları 44 gündə aşaraq, Qarabağ torpaqlarımızda separatizmin kökünü birdəfəlik kəsdi;

“Əsrin müqaviləsi” Azərbaycanın regionlarının və paytaxt Bakı şəhərinin görkəmini dəyişdi və s.”.

Vidadi ORDAHALLI

Original mənbə