XƏBƏRLƏR
Siyasət
"Bu görüşdə fasilə zamanı dövlət rəhbərlərinin təmaslarını əks etdirən videosujetlər və fotolar çox mətləblərdən xəbər verir. Ermənistanın dövlət rəhbərlərinin Azərbaycan Prezidentinə yaxınlaşıb onunla təmas qurmaq üçün göstərdiyi çaba isə hər kəsin diqqətini çəkirdi. Bu təmasları əks etdirən videosujetlərin və fotaların şərhinə ehtiyac yoxdur".
Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisad elmləri doktoru, professor Fiikrət Yusifov Tirana toplantısını şərh edərkən səsləndirib. O deyib ki, Nikol Paşinyanın Prezident İlham Əliyevə yaxınlaşıb, onunla danışmaq şansı qazandığına nə qədər sevindiyini görməmək mümkün deyildi:
"Paşinyan heç şübhəsiz İlham Əliyevə yaxınlaşmaq ssenarisini çoxdan “işləyib hazırlamışdı”. Bəs nədən Ermənistan baş naziri Azərbaycan Prezidenti ilə ünsüyyət qurmaq üçün bu qədər dəridən-qabırdan çıxırdı? Görünən budur ki, Paşinyan artıq başa düşüb ki, onun “havadarlarının” Ermənistan və erməni sevgisi yoxdur və onlar Cənubi Qafqazda Ermənistan adlı dövlətə bir alət kimi baxırlar. Paşinyan indi anlayıb ki, onun və rəhbəri olduğu dövlətin xilası yalnız və yalnız Azərbaycanla Türkiyənin əlindədir. Ona görə bu tədbirdə Azərbaycan Prezidenti ilə görüşmək şansını qaçırmamaq üçün tədbirin fasiləsində “utancaq bir oğlan donun girib” İlham Əliyevi kofe masasına dəvət etdi. İlham Əliyev də özünə məxsus və Paşinyana layiq bir formada - “sən get kofe masasını hazırla, mən də buradakı söhbətlərimi bitirib gələrəm” dedi".
Fikrət Yusifov qeyd edib ki, bu tədbirin keçirildiyi vaxt dövlət rəhbərlərinin ayaqüstü təmasları bir daha Cənubi Qafqazın söz sahibi və açar dövlətinin Azərbaycan olduğunu hər kəsə göstərdi:
"Məğlub Ermənistan rəhbəri bu tədbirdə qalib Azərbaycanın rəhbərinə sərgilədiyi münasibətilə özünün və ölkəsinin regionda hansı yerə və hansı siyasi- çəkiyə layiq olduğunu bir daha sübut etdi".