logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Sosial

Naxçıvanın su təchizatına Prezident şəxsən müdaxilə etdi... Lakin...

Naxçıvanın su təchizatına Prezident şəxsən müdaxilə etdi... Lakin...

30/04/2025

2 dəq. oxu

"Lakini" iqtisadçı alim Fikrət Yusifov izah edir....

Prezident İlham Əliyev 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edib.

Bununla bağlı dövlət başçısı yeni Sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Proqramının Tədbirlər Planında rayon mərkəzlərinin və kəndlərin içməli su təminatının artımı ilə bağlı tədbirlər görülməsi üzrə əsas və icraçı qurumların yerləri dəyişdirilib. Əsas icraçı qurum Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, digər icraçı qurum isə Naxçıvanın Nazirlər Kabineti müəyyən edilib.

Maraqlıdır, məlum yerdəyişmə Naxçıvanın yaşayış məntəqələrinin içməli su təminatı işinin keyfiyyətinin artmasında nə kimi rol oynaya bilər? Praktiki baxımdan bunun nə kimi faydası ola bilər?

“Yerli rəhbərliyin Naxçıvanın inkişafı ilə bağlı fəaliyyəti qeyri-qənaətbəxşdir”

Sözügedən məsələyə aydınlıq gətirən sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Azərbaycan Prezidentinin Naxçıvanda sosialı-iqtisadi problemlərin həll olunması istiqamətində atdığı addımlar yüksək qiymətləndirilməlidir. Lakin çox təəsüflər olsun ki, Naxçıvan Muxtar Respublikası rəhbərliyinin Prezidentin Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı atdığı addımların yerdə reallaşdırılması istiqamətindəki fəaliyyəti qeyri-qənaətbəxşdir. Bunun nəticəsidir ki, Prezident keçən ilin oktyabr və noyabr aylarında “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” ilə nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsinə 2024-cü ildə ayrılması nəzərdə tutulan 249,1 milyon manat məbləğində vəsaitin həcmini keçən ilin oktyabr ayında 179,1 milyon manat azaldılaraq, 70 milyon manata, noyabr ayında isə 70 milyon manatdan 41,7 milyon manata qədər azaltmaq məcburiyyətində qaldı. Naxçıvan rəhbərliyi Dövlət Proqramının 2024-cü il üçün icrasını iflic etdi. İl ərzində ayrılmış bu qədər vəsaitdən cəmisi 1 milyon manat istifadə olunması nə deməkdir?. Hesab edirəm ki, bu, biabırçılıqdı. Bunu belə adlansırmaq olar. Naxçıvan və orada yaşayan insanların qayğıları həmişə dövlət başçısının diqqət mərkəzindədir. Prezidentin son qərarı da bunu bir daha sübut edir. Bu qədər qayğı və diqqət ortadaykən Naxçıvanda çox işlər görmək mümkündür. Yetər ki, Naxçıvan rəhbərliyi qəflət yuxusundan ayılsın”.

Vidadi ORDAHALLI

Original mənbə