XƏBƏRLƏR
İqtisadiyyat
“Online biznes bumu” — Gənc sahibkarların sosial şəbəkədə yüksəlişi.
Son illərdə sosial şəbəkələr təkcə ünsiyyət vasitəsi deyil, eyni zamanda biznes platformasına çevrilib. Xüsusilə gənclər arasında onlayn satış və fərdi brend qurmaq trend halını alıb. İnstagram, TikTok və digər platformalarda öz məhsullarını tanıdan, kreativ yanaşmaları ilə diqqət çəkən gənc sahibkarlar uğur hekayələri yazır.
Aşağı sərmayə ilə başlanan bu işlər artıq gəlirli bir sahəyə çevrilir və ənənəvi biznes modellərinə alternativ yaradır.
Məsələnin daha geniş izahı üçün sabiq maliyyə naziri Fikrət Yusifov Referans - a açıqlama verib Fikrət Yusifov bildirib ki, onlayn biznesi qurmaq daha az xərc tələb edir. Yəni bir kəsin normal biznes ideyası varsa, o, bu ideyanı həyata keçirtmək üçün çox asan bir yolla fəaliyyətə başlaya bilər. Onlayn biznesdə sahibkar insanlara hər hansı məhsulu yaradacağı vebsayt vasitəsilə təqdim edir.
Sabiq nazir onu da bildirib ki,indiki dönəmdə belə bir fəaliyyət üçün vebsayt yaratmaq olduqca asan və az xərc tələb edir. Onlayn biznesin daha bir üstünlüyü ondan ibarətdir ki, sahibkar bu fəaliyyəti istədiyi yerdən və hətta xaricdə səfərdə olduğu zaman asanlıqla həyata keçirə bilir. Bütün bunlar onlayn biznesi gənclər üçün daha maraqlı edir. Sosial şəbəkələrin geniş fəaliyyət göstərdiyi bir şəraitdə gənclər onlayın biznes vasitəsilə uğur qazanmış şəxslər barədə daha çox məlumat əldə edə bilirlər. Bu isə onları belə biznes qurmağa motivasiya edir. Lakin bir məsələni unutmaq lazım deyil ki, belə bir biznesin uğuru üçün istəyin və vəsaitin olması yetərli deyil.
"Gərəkdir ki, qurulacaq biznes vasitəsilə təklif olunacaq məhsulun bazarı yetərincə araşdırılmalsın. Daha bir önəmli məsələ isə ondan ibarətdir ki, belə bir biznesə az məbləğdə yatırım etməklə başlamaq və təcrübə artdıqca dövriyyəni böyütmək lazımdır. Bu tövsiyyələrə əməl etməyən bir çox gənclər bəzən uğursuzluqla üzləşə bilirlər" , - deyə sabiq nazir əlavə edib.
Gülgəz Qədirova
Referans