logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

İqtisadiyyat

Azərbaycan-Çin strateji tərəfdaşlığı qlobal əməkdaşlığa çevrilir

Azərbaycan-Çin strateji tərəfdaşlığı qlobal əməkdaşlığa çevrilir

23/04/2025

2 dəq. oxu

"Bu səfər Azərbaycanla Çin arasında son illər başlanmış və getdikcə dərinləşən əməkdaşlığın inkişafında yeni bir mərhəllənin başlanğıcı olacaqdır".

Bu fikirləri Newscenter.az-a iqtisad elmləri doktoru, professor Fikrət Yusifov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə dövlət səfərini şərh edərkən səsləndirib. O deyib ki, 2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu, hər iki dövlətin daha yaxından əməkdaşlığa səy göstərməsinin ifadəsi idi:

"Bu gün artıq Azərbaycan-Çin strateji tərəfdaşlığı qlobal əməkdaşlığa çevrilir. Çin Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir. Dünyanın supergücü ilə bu səviyyədə əməkdaşlıq Azərbaycan iqtisadiyyatının sürətli inkişafı üçün yeni perspektivlər deməkdir. Münasibətlərin bu səviyyədə qurulması beynəlxalq siyasi müstəvidə də dövlətimizin çəkisini bir xeyli artıracaqdır".

Fikrət Yusifov deyib ki, Çin bu gün dünyanın demək olar bütün bölgələrində böyük yatırımlar edir:

"Bu səfər çərçivəsində Azərbaycan iqtisadiyyatının ayri-ayrı sahələrinə iri həcmli Çin kapitalının yatırılmasına yol açılacaqdır. Bir sözlə, Çinlə bu səviyyədə əməkdaşlıq bir tərəfdən siyasi müstəvidə əlaqələrin şaxələndirilməsinə, digər tərəfdən isə böyük həcmdə kapitalın Azərbaycana axınına imkan verəcəkdir".

Süleyman

Original mənbə