logo
logo

Copyright © 2022 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Sosial

"Ekonomiks" “Şuşa İli”nə həsr olunmuş ilk tədbirini San Fransiskoda keçirdi

"Ekonomiks" “Şuşa İli”nə həsr olunmuş ilk tədbirini San Fransiskoda keçirdi

19/09/2022

3 dəq. oxu

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olmuş "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi “ABŞ-da Şuşa ilinə həsr edilmis silsilə tədbirlərin təşkili” layihəsi çərçivəsində ilk tədbirini ABŞ-ın Kaliforniya ştatının San Fransisko şəhərində keçirilib.
 
Tədbirdə ABŞ cəmiyyətində tanınmış nüfuzlu ictimai xadimlər və  alimlər iştirak etmişdilər. Erməni təcavüzü nəticəsində şəhid olmuş hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
 
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi Sədri professor Fikrət Yusifov tədbirdə məruzə ilə çıxış etmişdir. O, məruzəsində birinci Qarabağ müharibəsi zamanı erməni hərbi birləşmələri tərəfindən torpaqlarımızın və mədəniyyət beşiyimiz olan Şuşanın işğalından, 30 ilə yaxın vaxt ərzində erməni vandallarının işğal altında saxladıqları torpaqlarımızda törətdikləri vəhşiliklərin miqyasından, 44 günlük  Qarabağ müharibəsi, nəticəsində torpaqlarımızın və mədəniyyət paytaxtımız Şuşanın işğaldan necə azad edilməsindən geniş bəhs etmişdir. Tədbirdə iştirak edən ABŞ-ın Qolden Qeyt Universitetinin professoru Can Vilson, Amerika cəmiyyətində öz ictimai aktivliyi ilə seçilən Şeyn Del Kohen, Metyu Dayter və Azərbaycan icmasının üzvü, əslən Qarabağdan olan Zərifə Musayeva maraqlı çıxışlar etmişdilər.
 
Tədbirdə maraqlı çıxışlarla yanaşı, Azərbaycanın Qarabağ bölgəsində və mədəniyyət beşiyimiz olan Şuşada erməni vandallarının 30 ilə yaxın bir dövrdə törətdikləri vəhşilikləri əks etdirən foto sərgi və Şuşanın tarixi haqqında "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sifarişi ilə çəkilmiş sənədli filmi nümayiş etdirilmişdir.