logo
logo

Copyright © 2022 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Sosial

Fikrət Yusifov “ABŞ-da Şuşa ilinə həsr edilmiş silsilə tədbirlərin təşkili” layihəsi çərçivəsində Birləşmiş Ştatlara getdi

Fikrət Yusifov  “ABŞ-da Şuşa ilinə həsr edilmiş silsilə tədbirlərin təşkili” layihəsi çərçivəsində Birləşmiş Ştatlara getdi

10/09/2022

2 dəq. oxu

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olmuş "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri professor Fikrət Yusifov  “ABŞ-da Şuşa ilinə həsr edilmiş silsilə tədbirlərin təşkili” layihəsi çərçivəsində 3 sentyabr 2022-ci il tarixdə Birləşmiş Ştatlara səfərə yollanmışdır.

Səfər çərçivəsində artıq ABŞ-ın Kaliforniya ştatının San Fransisko və Sakramento şəhərlərində tədbirlərin keçirilməsi üçün hazırlıq işlərinə başlanmış, keçiriləcək tədbirlərin səmərəliliyini artırmaq məqsədilə Azərbaycanın Los-Ancelec şəhərindəki Konsulluğu ilə əlaqələr qurulmuşdur.


Kaliforniya ştatında keçiriləcək tədbirlər çərçivəsində işlərə start verilib. İlkin olaraq tədbirlərin keçiriləcəyi məkanlarda monitorinqlər aparılıb. Daha sonra Amerika ictimaiyyətində fəallığı ilə seçilən şəxslərlə məsləhətləşmələr aparılıb. Azərbaycan icmasının təmsilçiləri ilə keçiriləcək tədbir barəsində müzakirələr yaxın günlərdə baş tutacaqdır.


“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin rəhbərliyi nəzərdə tutulan  tədbirlərin yüksək səviyyədə icra edilməsi və gələcəkdə daha maraqlı layihələrin bu məkanda reallaşdırıla bilməsi üçün Birləşmiş Ştatların Kaliforniya Ştatında təşkilatın nümayəndəliyinin yaradılması məsələsini nəzərdən keçirir.