logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Sosial

“ABŞ-da “Şuşa İli”nə həsr edilmiş silsilə tədbirlərin təşkili” adlı layihənin icrasına başlandı... - FOTO

“ABŞ-da “Şuşa İli”nə həsr edilmiş silsilə tədbirlərin təşkili” adlı layihənin icrasına başlandı... - FOTO

15/08/2022

2 dəq. oxu

Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyindən “Baki-Xəbər”ə verilən məlumata görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olmuş "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi “ABŞ-da “Şuşa ili”nə həsr edilmis silsilə tədbirlərin təşkili” layihəsinin hazırlıq mərhələsində nəzərdə tutduğu tədbirlərin icrasına başlayıb.

İctimai Birlik Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Prezidentinin 05 yanvar 2022-ci il tarixli Sərəncamı və  bu sərəncamdan irəli gələn tədbirlərin təşkilinə dair Nazirlər Kabinetinin 25 fevral 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş tədbirlər planında nəzərdə tutulmuş fəaliyyətləri əsas götürərək layihənin ABŞ-da icrası ideyasını irəli sürüb.

Məlum sərəncama əsasən təsdiq edilmiş tədbirlər planında “Şuşa İli”nin beynəlxalq səviyyədə təbliği ilə əlaqədar Azərbaycanda və xarici ölkələrdə, beynəlxalq təşkilatların mənzil qərargahlarında “Şuşa İli”nə həsr olunmuş tədbirlərin, elmi konfrans, simpoziumların keçirilməsi və təbliğat xarakterli digər işlərin görülməsi əsas prioritet kimi müəyyən edilmişdir.

Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi dövlətin müəyyən etdiyi bu prioritetləri və 2022-ci ilin Şuşa ili elan edilməsi haqqında Prezidentin müvafiq sərəncamından irəli gələn  ideyanı əsas götürərək layihəni qərb ölkələrində, xüsusilə erməni lobbisinin üstünlük təşkil etdiyi ABŞ-da gerçəkləşdirməyi hədəfləyib.

Təşkilat layihənin uğurlu icrasının əsasını təşkil edən layihə heyyətini artıq formalaşdırmış, layihənin geniş planlaşdırma işlərini, o cümlədən idarəetmə planı, maliyyə planı, kommunikasiya planı, satınalma planı, heyyətin əməliyyat planı, risklərin idarə edilməsi planı hazırlamış və həmin planlar üzrə icra prosesinə start verib.

Hazırda layihə heyəti ABŞ-a səfər fəaliyyətlərini planlaşdırır. Bu məqsədlə ABŞ-da yaşayan Azərbaycan icmasının nümayəndələri, ABŞ-da akademik dairlərlə müzakirələr, hədəf qrupların tədbirə cəlbi istiqamətində təbliğat-təşviqat işləri aparır.

Layihənin əsas məqsədi xarici ölkələrdə, o cümlədən ABŞ-ın Kaliforniya Ştatında “Şuşa İli”nə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi və təbliğat xarakterli işlərin görülüb.

Layihə müddətində ABŞ-ın Kaliforniya ştatında, San-Fransisko və Sakramento şəhərlərində müxtəlif mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulub.