logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

"Türkün ayağını tapdalamayın, tarix boyu heç kim bundan fayda görməyib" - FİKRƏT YUSİFOV

"Türkün ayağını tapdalamayın, tarix boyu heç kim bundan fayda görməyib" - FİKRƏT YUSİFOV

14/09/2021

2 dəq. oxu

"Molla rejimi başa düşməlidir ki, bizə qarşı bu gün etdiyi yaramazlıqların hesabını çox da uzaqda olmayan günlərin birində ən azından İranda yaşayan qan qardaşlarımıza verməli olacaq!"

"Bu gün Qarabağda bir yaralı yerimiz rusların heç bir əndazəyə sığışmayan əməlləridirsə, ikinci yaralı yerimiz başında yaylıq gəzdirən İran mollalarının bizə yönəlmiş düşmən hərəkətləridir. İran rejiminin Qarabağda ermənilərin yaşadığı ərazilərimizə müxtəlif yollarla yüklər göndərməsi və bunu Azərbaycan hökumətindən gizlin etməsi nə deməkdir?" Bu fikirlər sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifova məxsusdur.

Professor qeyd edib ki, bizə düşmən olanların bir-biri ilə qardaş olduqlarını yaxşı biliri: "Bu gün bizim ərazi bütövlüyümüzə qarşı münasibətdə Rusiya kimi İranın da həm rəngi, həm də üzü qaradır! Əhalisinin 60 milyona qədərini (70%-ə qədər) Azərbaycan türkləri təşkil edən, təmiz farsı isə 5-6 milyondan çox olmayan, 82 milyonluq İrandan ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı yönəlmiş bu üzüqara hərəkətə görə İran molla rejiminə "ar olsun" deməkdən başqa seçimimiz qalmır! Molla rejimi bizə qarşı bu addımları atarkən ən azından İranda yaşayan on milyonlarla qan qardaşlarımızdan utanıb çəkinməlidir. Rejim başa düşməlidir ki, bizə qarşı bu gün etdiyi yaramazlıqların hesabını çox da uzaqda olmayan günlərin birində ən azından İranda yaşayan qan qardaşlarımıza verməli olacaq! O hesab günü isə Təbrizin futbol stadionunda səslənən və bütün İranı titrədən - Bakı,Təbriz, Ankara biz hara farslar hara - şüarı ilə müşayiət olunacaq. Bax, onda İranın başına torba keçirən bugünkü siyasətbazlar kimin kim olduğunu nəhayət ki, anlayacaqlar. Ancaq gec olacaq, çox gec olacaq!"

Sabiq maliyyə naziri bildirib ki, türkün ayağını tapdalamayın, tarix boyu heç kim bundan fayda görməyib: "İllərlə torpağının erməni tapdağından azad olunacağı günü gözləyən azərbaycan türkünün şir kimi ayağa qalxıb, 44 gün ərzində düşmənini necə diz üstə qoyduğunu da unutmayın! Üzümüzə gülüb, kürəyimizə bıçaq saplamağınız yetər! Bu bıçağı bir gün Azərbaycan türkləri sizin ürəyinizə saplayacaq!"