logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2024 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

COP29-a qarşı olanlar BMT Baş katibini də hədəf aldı

COP29-a qarşı olanlar BMT Baş katibini də hədəf aldı

20/11/2024

3 dəq. oxu

Absurd müraciətin məqsədi nə?

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsini həzm edə bilməyən qüvvələr, müxtəlif dövlətlər və təşkilatlar bu gün də qara piar kampaniyasını dayandırmırlar.

Əslində bu qüvvələri heç də bəşəriyyətin üzləşdiyi ağır iqlim dəyişikliyi, ciddi ekoloji fəlakətlər və onların qarşısının alınması qətiyyən maraqlandırmır, onların əsas məqsədi Azərbaycanı qaralamaq və ölkəmizin nüfuzuna xələl gətirməkdir.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına kölgə salmaq istəyən bir qrup şəxsin adından dünya qurumunun rəhbərliyinə müraciət edilib və müraciətdə həqiqətə uyğun olmayan iddialar səsləndirilib.

BMİDÇS-in icraçı katibi Saymon Stilə, BMT-nin baş katibi Antonio Quterreşə və BMT-nin üzv dövlətlərinə ünvanlanan bu məktubu BMT-nin keçmiş baş katibi Pan Gi Mun, keçmiş İrlandiya prezidenti Meri Robinson, UNFCCC-nin keçmiş icraçı katibi Kristiana Fiqeres və digər ekspertlər imzalayıb.

Onlar sözügedən qurumları COP proseslərinin “əsaslı yenidən qurulmasına” çağırıblar.

İddia ediblər ki, BMT-nin iqlim dəyişikliyi konfranslarında çoxlu sayda qalıq yanacaq lobbiçiləri var. Yazırlar ki, kömür, neft və qaz sənayesindən ən azı 1773 lobbiçi COP29-da iştirak etmək üçün rəsmi akkreditasiyadan keçib. Qeyd edirlər ki,  2003-cü ildən bəri qalıq yanacaq lobbiçiləri COP-a 10 mindən çox akkreditasiya veriblər və keçən il Dubayda keçirilən sammitə “rekord sayda lobbiçi” gəlib. Onların sayının 2500 nəfər olduğunu iddia edirlər.

Bu müraciəti edənlər iddia edirlər ki, 2003-cü ildən indiyə kimi COP konfranslarında iştirak edənlərin içində dünyada 2500-dən artıq neftin, qazın istehsalının artırılmasının lobbiçiliyini edən adamlar iştirak edib. Yəni onlar demək istəyirlər ki, biz bu tədbirləri keçiririk ki, neftdən, qazdan imtina edək, amma bu tədbirlərə gizli şəkildə neft və qazın lobbiçiləri gedib-gəlirlər. İddia edirlər ki, COP-da 2003-cü ildən 2500-dən artıq bu cür adam iştirak edib. Guya COP29-da  isə neft və qazın 1773 lobbiçisi iştirak edir.

Bu müraciətdəki iddialar indi də BMT-nin rəhbərliyini hədəfə almaq və COP-a kölgə salmaqdırmı? Neft ölkələrindən nümayəndələrin COP-da iştirakı məgər olmaz?

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, sabiq maliyyə naziri Fikrət Yusifov isə bildirdi ki, hər bir müraciətin məntiqi əsası olmalıdır. Bu müraciəti edənlərin hansı məntiqə söykəndiklərini isə anlamaq olmur: “Yəqin müraciətin müəllifləri düşünürlər ki, neftin, qazın istehsalının lobbiçiliyini edən adamlar beynəlxalq tədbirdə iştirak edirlərsə, onlar bu platformada dünya birliyinin qarşıya qoyduğu ekoloji hədəflərin əleyhinə çıxış edib, atmosferin çirklənməsinə səbəb olan neft və qaz istehsalının artırılmasını təbliğ edə bilərlər.  Absurddur. Əksinə, neft, qaz istehsalının artırılmasının lobbiçiliyini edən adamların bəşəriyyəti ciddi narahat edən ekoloji problemlərin həlli yollarının axtarışına həsr olunmuş belə bir beynəlxalq tədbirdə iştirakı zəruridir. Bu adamlar da görməlidirlər ki, insanları narahat edən ekoloji problemlər bəşəriyyəti hara sürükləyir. Ona görə də belə bir müraciətinin kökündə bir qrup ekspertlərin neftin, qazın istehsalının artırılmasına lobbiçilik edən adamların COP29-da iştirakından narahatılığı dayanmır. Bu ekspertlər kimlərinsə drijor çubuğu ilə Azərbaycanda uğurla keçirilən beynəlxalq tədbirə kölgə salmaq üçün bu addımı atıblar. COP29-u boykot etmək istəyənlərin istəkləri necə nəticəsiz qaldısa, bu ekspertlərin də müraciətləri eləcə havada qalacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Original mənbə