logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2024 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

“Bizə qarşı qərəzli münasibətin kökündə siyasi məqamlar dayanır” - Ekspert

“Bizə qarşı qərəzli münasibətin kökündə siyasi məqamlar dayanır” - Ekspert

28/10/2024

2 dəq. oxu

“Avropa İttifaqında bizə qarşı qərəzli münasibətin kökündə siyasi məqamlar dayanır”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqil siyasət yürüdür: “Avropa İttifaqında bizə qarşı bəzi qərəzli münasibətlərin kökündə siyasi məqamlar dayanır. Mən dəfələrlə demişəm və yazmışam ki, Avropa Azərbaycanı necə istəyirsə, o cür də görmək istəyir. Azərbaycan isə necə varsa, o cür olmaq istəyir. Fərqimiz bundan ibarətdir. Biz bir dövlət kimi davranır, Cənubi Qafqazda müstəqil siyasət həyata keçiririk.Yəni, kimdənsə asılı vəziyyətdə, kimlərinsə sözü ilə oturub-duraraq fəaliyyət göstərmək istəmirik. Azərbaycan bu bölgədə, regionda yeganə ölkədir ki, bu məsələlərdə tam sərbəstdir, müstəqildir və balanslaşdırılmış siyasət həyata keçirir”.
Xatırladaq ki, Avropa Parlamentinin (AP) Sosial Demokratlar və Yaşıllar qrupları, Bakıda keçiriləcək COP29 iqlim sammiti ərəfəsində yenə də anti-Azərbaycan fəaliyyətinə başlayıb. Onlar vurğulayıblar ki, Avropa İttifaqı ilə Azərbaycan arasında istənilən razılaşma insan hüquqlarına hörmət və Ermənistanla sülh prosesi üzrə irəliləyişdən asılı olmalıdır. Açıqlamada həmçinin bu şərtlər təmin olunana qədər Avropa İttifaqı Azərbaycanla qaz razılaşmasını dayandırmağa çağırılıb. Rəsmi Bakı isə bu addımları qərəz adlandırıb.

Günel Elxan

Original mənbə