logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2024 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Sosial

Bakıda İrəvan küçəsi olsunmu - rəylər

Bakıda İrəvan küçəsi olsunmu - rəylər

17/10/2024

2 dəq. oxu

“Paytaxtda Moskva, Tiflis prospektləri var, İrəvan adlı küçə, yaxud prospektin olması da yerinə düşərdi”

Mədəni-tarixi irsimiz olan Qərbi Azərbaycan torpaqları əzəli və əbədi dədə-baba yurdudur. Mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlının şüurunda Qərbi Azərbaycan torpaqlarının xatirəsi qorunub saxlanılır.

Qərbi Azərbaycana, tarixi torpaqlarımıza - Zəngəzur və İrəvana qayıdışla bağlı planlarımız var və işlər görülür.  Bu istiqamətdə görülən işlərin bir parçası olaraq, Bakıda böyük küçə və ya prospektlərdən birinə “İrəvan” adının verilməsi təklif olunur.

Məsələ ilə bağlı Modern.az-a danışan deputat, Qərbi Azərbaycan İcmasının üzvü Musa Quliyev bildirib ki, Bakıda böyük küçə və ya prospektlərdən birinə İrəvan adının verilməsi tamamilə mümkündür. O, bunun vacibliyini də diqqətə çatdırıb.

Digər fikirlər nədir? Bunun edilməsi bizə nə qazandıra bilər?

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, tarixi yaddaşımızın qorunub saxlanması istiqamətində daha çox işlər görməliyik: “Bu gün hər bir Azərbaycan türkü son yüzilliklər ərzində məruz qaldığımız ədalətsizliyin aradan qaldırılmasını istəyir. Tarixi ədalətin bərpa olunması və insanlarımızın ata-baba yurdlarına qayıtması hədəfimizdir. Lakin biz bu yolda ardıcıl şəkildə çalışmalıyıq, bu istiqamətdə uzağa hesablanmış xüsusi strategiya formalaşdırmalıyıq. Hər hansı bir deputatın təklifi ilə Bakıda hansısa küçəyə İrəvan adının verilməsi məsələnin həlli ola bilməz. Qoy o deputat Qərbi Azərbaycanla bağlı milli yaddaşımızın formalaşmasında xüsusi rol oynaya biləcək bir konsepsiya hazırlayıb ortaya qoysun. Yoxsa "mən də varam"ı təsdiq etmək üçün hərdən ortaya bir atmaca atmaq lazım deyil.

Dünyada indi baş verən hadisələr fonunda zamanı ilə yağmalanmış torpaqlarımızda tarixi ədalətin bərpa oluna bilməsi şansları böyüyür. Ancaq bunun hansı zaman kəsiyində baş verəcəyinə heç kim təminat verə bilməz. İndi əsas vəzifəmiz bu istiqamətdə görəcəyimiz işlərin ağıllı və uzaqgörən bir strategiyasını işləyib ortaya qoymaq olmalıdır. Onda mübarizəmiz də sistemli və təbii ki, səmərəli olacaq. Zamanı çatanda isə bir xalq olaraq hamılıqla torpaqlarımıza sahib çıxacağıq..."

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Original mənbə