logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2024 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Sosial

35 min taksi sürücüsünün taleyi… – Gizli fəaliyyətə keçilir?

35 min taksi sürücüsünün taleyi… – Gizli fəaliyyətə keçilir?

23/07/2024

2 dəq. oxu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkil etdiyi Mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinqdə nazir müavini Rəhman Hümmətovun açıqlaması ictimaiyyətdə diqqət çəkib. Belə ki, R.Hümbətovun deyib ki, son aylar Bakıda 65-70 min taksidən hazırda 30-35 min taksi qalır. Bu isə o deməkdir ki, 50 faizə yaxın sürücü gündəlik dolanışığını itirib. Maraqlıdır, işsiz qalan həmin 35 minə yaxın insanın taleyi necə olacaq? Hökumət bu vətəndaşlar üçün alternativlər təklif edirmi?

Mövzunu Globalinfo.az-a sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifovun sözlərinə görə, taksi xidmətində qayda-qanun yaratmaq zəruri olub. Sabiq nazirin fikrincə, bu xidmət sahəsində ciddi problemlər mövcud idi və onlar getdikcə dərinləşərək, daha eybəcər bir hala düşürdü:

“Lakin təbii ki, bu islahatın nəticələrini öncədən görmək və buna uyğun addımlar nəzərdə tutmaq lazım idi. İstehsal müddətindən 15 ildən çox keçmiş avtomobillərə taksi xidməti göstərmək qadağan olunsa da, bu onların digər bir keyfiyyətdə fəaliyyət göstərməsini əngəlləməyəcək. Öz avtomobili ilə taksi xidməti göstərmiş bir çox sürücülər gizli taksi xidməti göstərməkdə davam edəcəklər. Buna nəzarət etmək də o qədər asan məsələ deyil”.

40 min imza toplasam..." - Prezidentliyə namizəd Fikrət Yusifovla MÜSAHİBƏ

F.Yusifov deyib ki, bu gün bir çox ailələrin gizli xidmətə ehtiyacı var:

“Məsələn, belə avtomobillər ailə üzvlərini işə və işdən evə çatdırmaq, uşaqları məktəbə aparıb-gətirmək kimi xidmətləri gizli bir şəkildə, daha ucuz şərtlərlə göstərməkdə davam edəcəklər. Taksi xidmətini indiyə qədər icarəyə götürdükləri avtomobillərlə həyata keçirmiş sürücülər isə real olaraq işsiz qalacaqlar. Onların yeni iş yerləri ilə təmin olunması indiki şəraitdə bir o qədər asan olmayacaq”.

Zaira Akifqızı

Original mənbə