MÜSAHİBƏ
Siyasət
“Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirildi və bu iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qonaq qismində iştirak etdi. İlham Əliyevin həmişə olduğu kimi bu tədbirdə də reallıqları əks etdirən, dərin məzmunli çıxışı ən yüksək qiymətə layiqdir”.
Bunu TNS-ə açıqlamasında professor Fikrət Yusifov deyib.
Alim bildirib ki, əlindən bir iş gəlməyən, Prezidentin atdığı addımlarda, gördüyü işlərdə “əmma” axtarışında olanlar, onun bu çıxışına və o tədbirdə erməni baş nazirinin replikalarına verdiyi dərin məntiqli cavablara baxıb utansınlar - təbi ki, bu adamlarda utanmaq instikti az da olsa, qalıbsa.
“Tədbirdə Ermənistan baş nazirinin erməni xislətinə uyğun cılız və məkirli çıxışı, bütün cəbhələrdə Azərbaycana uduzmuş bir dövlətin başçısının acizliyindən doğan bir çıxış idi. Kompakt yaşadıqları bütün dövlətlərin ərazisində saxta torpaq iddiaları ilə həyasızlıq edən bir millətin başında dayanan bu adama danışığına və əsassız iddialarına görə deyəcək bir sözümüz yoxdur. O, uzun zamandan sonra anladı ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasa, bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üzləşəcək. Bu çılğın erməni nəhayət ki, özündən əvvəlki şovinist, faşist xislətli sələflərindən daha “ağıllı” ola bildi. İlham Əliyev ağıllı və təmkinli xarici siyasəti ilə sonda onu diz üstə qoydu. Biz bunu gözləyirdik. Hələ çox yaxşı hadisələr olacaq. Səbirli olub Prezidentin atdığı addımları dərindən dərk edə bilən hər kəs bunu çox yaxşı bilir. Sapı özümüzdən olan cılızların çax-çaxı isə çaxmaqda davam etsin”, - Fikrət Yusifov əlavə edib.