Xidmətlər

 

Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin xidmət cədvəli


Təşkilatımız qanunvericiliyin tələblərinə uyğun olaraq özünün maliyyə dayanıqlığının təmini üçün müxtəlif tədqiqatlar aparır və peşəkar xidmətlər göstərir. Təşkilatımız müxtəlif qurumlara (dövlət, özəl, QHT, fiziki şəxs və s) aşağıdakı xidmətlərini təklif edir:

 

1. İqtisadi-sosial istiqamət üzrə


  •  İqtisadi-sosial mövzularda monitorinqlərin, sorğuların, araşdırmaların, analitik təhlillərin aparılması;
  •  İqtisadi-sosial mövzularda müxtəlif tədbirlərin (tele debat, müzakirə, forum, konfrans, seminar və s) təşkili;
  •  Büdcə (Dövlət büdcəsi, bələdiyyə büdcəsi, təşkilatın büdcəsi) tərtibi və icrası üzrə məsləhətlərin verilməsi;
  •  Müxtəlif iqtisadi və sosial layihələrinin texniki-iqtisadi əsaslandırılmasının və risk təhlilinin aparılması;
  •  Müxtəlif iqtisadi və sosial layihələrlə bağlı ictimaiyyət arasında sorğuların keçirilməsi;
  •  İqtisadi və sosial yönümlü dövlət proqramlarının hazırlanması və icrası üzrə məsləhətlərin verilməsi;
  •  İqtisadi və sosial yönümlü dövlət proqramlarının, dövlət investisiya layihələrinin, strategiyaların iqtisadi səmərəsinin qiymətləndirilməsi;
  •  Vergi öhdəlikləri, Gömrük rüsumları, Sosial sığorta üzrə öhdəliklər və digər ödənişlərin hesablanmasıvəödənilməsiüzrəməsləhətlərin verilməsi;
  •  Vergi və digər dövlət orqanlarında müştərinin maraq və hüquqlarının müdafiəsi;
  •  Digər iqtisadi sahələr üzrə xidmətlər.

Təşkilat sifarişi qəbul etdikdən sonra qısa zaman kəsiyində (adətən 1-10 iş günü) ərzində görüləcək işin müddəti, planı və maliyyə-iqtisadi əsaslandırılması, o cümlədən xidmət haqqı ilə bağlı məlumatı sifarişi verən subyektə təqdim edir. Subyekt təkliflərə baxdıqdan sonra təşkilata 3 (üç) iş günü ərzində məlumat verir və yekun olaraq sifarişə görə xidmət haqqı tərəflərin qarşılıqlı razılaşma yolu ilə müəyyən edilir.


Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi