Fikrət Yusifov: Böhrandan çıxışın yolları... 09.09.2017 (27 KİV)


Bütün dünya ölkələrini əhatə edən iqtisadi və maliyyə böhranı şəraitində Azərbaycan nə etməli idi? Azərbaycan neftin qiymətlərinin kəskin aşağı düşdüyü bir dönəmdə öz iqtisadiyyatını yenidən qurmaq yolunu seçib, bu dəfə onun neftdən asılılığını əsaslı şəkildə aradan qaldırmaq və tam şaxələndirmək yolunu tutdu. 

Daha ətraflı
 

Xarici şirkətlər Azərbaycanı niyə tərk edir? 09.09.2016 (5 KİV)


Səbəb təkcə neftlə bağlı deyil, qeyri-neft sektoruna aid şirkətlər də nümayəndəliklərini bağlayır...

Daha ətraflı
 

Ölkənin bank sektoru qısa zaman kəsiyində yenidən qurulmalıdır 08.09.2016 (1 KİV)


Bank sektorunda bu günə mövcud olan problemlərin başlanğıcı bir qədər uzağa gedir. Ölkə iqtisadiyyatının neftdən asılılığının kifayət qədər yüksək olduğu və valyuta gəlirlərinin 90%-dən çoxunun məhz bu strateji məhsulun xaricə satışından daxil olduğu bir şəraitdə Mərkəzi Bank vəziyyəti real dəyərləndirməli və neftin qiymətlərində son onilliklər ərzində baş vermiş kəskin dəyişmələrin fərqində olmalı idi. Çox təssüflər olsun ki, ölkənin pul-kredit siyasətinə cavabdeh olan Mərkəzi Bank bu vəziyyəti vaxtında lazımınca dəyərləndirə bilmədi.

Daha ətraflı
 

Bankların durumu: yeni bağlanma təhlükəsi var 08.09.2016 (8 KİV)


Qeyd edək ki, bu ilin iyulunda dörd bankın lisenziyalarının ləğv edilməsi ilə ölkə banklarının sayı 37-dən 33-ə düşüb. Manatın kəskin devalvasiyasına qədər isə ölkədə 45 bank fəaliyyət göstərib. Bağlanan bankların işçiləri işsiz qalır, fəaliyyətdə olan banklar işçilərini ixtisar edir. Modern.az-a daxil olan məlumata görə, bütün bunların nəticəsində də işsiz qalan bank işçilərinin sayı 2 minə yaxınlaşıb...

Daha ətraflı
 

Bank sektoru qısa zamanda praktik olaraq yenidən qurulmalıdır 08.09.2016 (2 KİV)


Ötən ilin sonlarında ölkənin maliyyə bazarında yaşanan neqativ hallar ən çox bank sektorunda ciddi problemlərin olduğunu üzə çıxardı. Məlum oldu ki, banklar heç də göründüyü qədər sağlam fəaliyyətdə deyil, ölkədə fəaliyyət göstərən əksəriyyət banklar yaranan ən xırda çətinliyi belə aradan qaldırmaq iqtidarından kənardır. Elə bu səbəbdəndir ki, onlarla bank yaranmış çətinliyə tab gətirə bilməyərək fəaliyyətini dayandırdı. 

Daha ətraflı
 

Qızıl niyə 2 dəfə bahalaşıb? - Bu suala cavab verən 07.09.2016 (3 KİV)


Dolların manata nisbətdə getdikcə bahalaşması ölkədə qızılın da qiymətinə təsirsiz ötüşməyib. İqtisadçılar hesab edirlər ki, bu artım hələ bir müddət də davam edəcək. Səbəbinin isə təkcə manat deyil, dünyada gedən iqtisadi proseslərlə də bağlı olduğu bildirilir...

Daha ətraflı
 

Dollar Bakıda qalxır, gözlər isə Amerikadadır 07.09.2016 (5 KİV)


Buna baxmayaraq, planlaşdırılan ixtisarların sayının az olması III rübdə iqtisadi inkişafın bərpasından xəbər verir. Dolların möhkəmlənməsi və neftin ucuzlaşması səbəbindən istehsal prosesində çətinliklər olsa da, əmək bazarında müşahidə olunan yaxşı göstəricilər cari ildə Federal Ehtiyatlar Sistemini (FES) uçot dərəcəsini artırmağa sövq edə bilər.

Daha ətraflı
 

Dollar qıtlığı nə vaxta qədər davam edəcək? (06.09.2016 3 KİV)


Bir neçə gündür valyuta bazarında dollar qıtlığı yaşanır. Bankların bəzilərində demək olar ki, dollar satışı aparılmır. Bir neçə bank dollar satır ki, onların da satış limiti 100 dollardan çox deyil. Amma əhaliyə dollar lazımdır. Xaricdən məhsul idxal edənə, xarici ölkəyə təhsil almağa, müalicəyə gedənə və s. bir çox işlər üçün 100-200 dollarlıq limit kifayət etmir.

Daha ətraflı
 

Azərbaycanın ÜTT-yə üzvlüyü niyə yubanır? 06.09.2016 (4 KİV)


Bəzi ekspertlərin fikrincə, ölkə bu quruma üzvlüyə hazır olmadığı üçün hələ ki bu addımı atmaq istəmir. Üstəlik, monopoliyanın qalmasında maraqlı olan çevrələr Azərbaycanın ÜTT-yə üzvlüyünün gecikməsinə çalışır. Bəzi ekspertlər isə qeyd edirlər ki, Azərbaycanın bu quruma daxil olmaması həm də siyasi məsələdir və ölkə Rusiya ilə müəyyən manevr imkanlarına görə bu addımı atmır...

Daha ətraflı
 

“Turizm ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevriləcək” 06.09.2016 (1 KİV)


Ölkədə turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər davam edir. Bununla bağlı reallaşan tədbirlərdən biri kimi bugünlərdə dövlət başçısı tərəfindən imzalanan sərəncam məhz ölkədə turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqındadır...

Daha ətraflı
 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi