"Rusiyanın Türkiyə mallarına qadağası- gözləntilər nədir?" -01.12.2015 (1 KİV)

 
Ekspert Fikrət Yusifov məsələ ilə bağlı musavat.com-a bildirib ki, Türkiyədən Rusiyaya aparılan aqrar sektora aid məhsulların bir qisminin Azərbaycandan eyni məhsulların ixracını artırmaq yolu ilə kompensasiya etmək olar: "Bütövlükdə Rusiya ilə Türküyə arasında yaranmış münasibətlərin hazırkı vəziyyəti bizim üçüm arzulanan deyil. Bu səbəbdən də biz bu gərginliyin tezliklə nizama salınmasına maksimum səylər göstərməliyik. Unutmayaq ki, Rusiyada bizim bir neçə milyon soydaşımız yaşayır. Qarabağ probleminin mövcudluğu da burada xüsusi nəzərə alınmalı məsələdir. Odur ki, biz çox ehtiyatlı olmalıyıq. Qanı qanımızdan olanların hər bir açısı sözsüz ki, həm də bizimdir. Amma qonşumuzu da xəritədən silib ata bilmərik. Bu münaqişə həm Rusiyanı və həm də Türkiyəyni milyardlarla itkiyə məruz qoyacaq. Son illər ərzində Rusiya Türkiyə iqtisadi əlaqələri sürətlə genişlənirdi. 2014-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi xidmətlə birlikdə 45 milyard dollara yaxın olmuşdu və hər iki ölkə yaxın 5-6 il ərzində onu iki dəfədən çox artırmağı düşünürdü. Bizim üçün bu münasibətlərin inkişafında vacib olan bu idi ki, onlar dərinləşdikcə, Qarabağ probleminin həlli də asanlaşmağa doğru gedirdi. O da aydın idi ki, Türkiyə ilə Rusiya arasında əlaqələrin dərinləşməsi ABŞ və Avropanı narahat edirdi. Deməli hazırkı situasiya Qərbin maraqlarına tam şəkildə cavab verir. Yaranmış vəziyyətdə Rusiya hələ ki, özünün kəskin mövqeyini nümayiş etdirməkdədir. Yəni bu gün Rusiya məsələyə münasibətini sanksiyalar tətbiq etməklə reallaşdırılmağa çalışır. Türkiyədən Rusiyaya aparılan aqrar sektora aid məhsulların bir qisminin Azərbaycandan eyni məhsulların ixracının artırılmaq yolu ilə kompensasiya edilməsi mümkündür. Bu gün hər hansı bir bazarda yer tutmaq uğrunda gərgin rəqabətin hökm sürdüyü bir şəraitdə bu daha real görünür. Baxın, yaranmış vəziyyətdən artıq bir sıra ölkələr yararlanmaq qərarına gəliblər. Məsələn, Misir dərhal öz kənd təsərrüfatı məhsullarını Türkiyə mallarının əvəzinə Rusiyaya təklif edib. Əlbəttə ki, eyni məhsulların Azərbaycandan Rusiyaya ixracı daha maraqlı görünür. Çünkü Misirdən bu məhsulların daşınma xərcləri böyük olacaq”.

Türküyə mallarının Azərbaycandan Rusiyaya aparılması variantlarına gəldikdə isə, o, qeyd edib ki, belə addım arzuolunan deyil: "Çünkü indi hər hansı bir malın, məhsulun mənşəyini müəyyən etmək bir o qədər də çətin bir məsələ deyil. Yəqin ki, bizdə bəzi çevik iş adamları operativ olaraq belə addımlar atmağı artıq düşünürlər. Ancaq bunun nəticələri həmin iş adamları üçün heç də yaxşı ola bilməz. Bu səbəbdən də belə bir addımların atılmaması məsləhətdir”.

http://musavat.com/news/iqtisadiyyat/rusiyanin-turkiye-mallarina-qadagasi-gozlentiler-nedir_308550.html

 
 



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi