"Neft Fondu və qeyri-neft sektorunun inkişaf yolları" – TƏKLİF 29.05.2015 (16 KİV)

"Neft Fondu və qeyri-neft sektorunun inkişaf yolları" – TƏKLİF 29.05.2015 (16 KİV)
 
 
 
 
 
 
 
 
 
 
 
 
"Günümüzün ən aktual mövzularından biri ölkədə qeyri neft sektorunun sürətli inkişafı ilə bağlıdır. Söhbət bütün səviyyələrdən olan səylərin bir araya gətirilməsi yolu ilə bu sahənin inkişafında istənilən nəticələrin əldə edilməsindən gedir. Ölkə iqtisadiyyatının neftdən asılılığı məsələlərinə dəfələrlə münasibət bildirsək də məsələnin aktuallığını və onun həlli ilə bağlı atılan addımların daha effektli olmasına yönəlmiş təkliflərin vacibliyi mövzuya yenidən qayıtmağı zəruri edir”.
 
Bunu "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov ölkədə qeyri-neft sektorunun inkişaf perspektivləri barədə danışarkən deyib. Onun sözlərinə görə, ənənəvi enerji mənbələrinin getdikcə tükənməsi neftdən asılı olmayan sahələrin sürətli inkişafını resurs ölkələri üçün taleyüklü məsələyə çevirir: "Mətbuatda mövzuya aid son çıxışlarımızda alternativ enerji mənbələrinin kəşfi və istifadəsi sahəsində son illərdə dünyada görülən işlərin intensivləşdiyindən və artıq hər kəsi heyrətləndirə biləcək nailiyyətlərin əldə olunmasından bəhs etmişdik. Demişdik ki, bu sahədə işlər durmadan təkmilləşdirilir. Bunun birinci səbəbi təbii ki, ənənəvi enerji mənbələrinin getdikcə tükənməsi ilə bağlıdır. Hər kəsə bəllidir ki, bu ehtiyatlar getdikcə tükənir və bir neçə on ildən sonra onları əvəzləyəcək yeni enerji mənbələri meydana çıxmalıdır. Burada digər səbəb alternativ enerji mənbələrinin daha ucuz başa gəlməsidirsə, bundan heç də az olmayan vacib tərəf isə yeni enerji mənbələrinin ekoloji cəhətdən təmiz olması və atmosferi az çirkləndirməsi və ya ümumiyyətlə, çirkləndirməməsidir. Bu dediklərimizi bircə faktla da təsdiqləyə bilərik. Norveç hökuməti artıq 920 mlrd. dollar vəsaitə malik Neft Fondundan neft, qaz və kömür ehtiyatlarının kəşfinə və işlənməsinə ayrılan milyardlarla vəsaitin səmərəliliyinin ekspertizasını keçirmək qərarı verib. Hökumət bundan sonra fondun vəsaitlərini bərpa olunan enerji mənbələrinin kəşfinə və işlənməsinə istiqamətləndirməyi planlaşdırır. Dünyada ekoloji tarazlığın pozulması səbəbindən Norveç hökumətinin bu addımı demək olar ki, bütün səviyyələrdə dəstəklənir. Təbii ki, bu məsələlərin daha geniş araşdırılması bir ayrı mövzunun predmetidir”.
 
F. Yusifovun fikrincə mövcud vəziyyətin hətta çox da dərin olmayan təhlili belə, deməyə əsas verir ki, postneft dövrünə doğru irəlilədiyimiz bir ərəfədə neft və qazın satışından əldə olunan vəsaitlər hesabına böyük ixrac imkanları olan güclü qeyri-neft sektoru yaradılmalıdır: "Nə qədər ki, neft və qaz əsas enerji mənbəyi hesab olunurlar, biz bundan mümkün qədər yararlanmağı bacarmalıyıq. Son 10 ildən bir qədər artıq vaxt ərzində Azərbaycanda qeyri neft sektorunun inkişafı və bu sektordan məhsul ixracının artım sürəti kifayət qədər yüksək olmuşdur. Buna baxmayaraq ixracın ümumi həcmində qeyri neft sektorunun payı bu gün 8% həddindədir. Hesab edirik ki, bu vəziyyəti daha tez aradan qaldırmağın əsas yolu kiçik və orta sahibkarlığın inkişafına ayrılan vəsaitlərin həcminə yenidən baxmaqdan və bu məqsədlə Neft Fondunun vəsaitlərinin bir hissəsini birbaşa Sahibkarlığa Komək Milli fondu vasitəsilə güzəştli kreditlər vermək yolu ilə kiçik və orta sahibkarlığın inkişafına yönəltməkdən keçir. Son on ildən artıq bir vaxt ərzində Neft Fondunun vəsaitləri hesabına reallaşdırılan iri infrastruktur layihələri  bu gün ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı üçün tam münbit bir şərait formalaşdırıb. Bu illər ərzində  qeyri neft sektorunun inkişafı üçün Sahibkarlığa Kömək Milli fondu vasitəsilə kiçik və orta biznesə güzəştli kreditlər şəklində ayrılan vəsaitlərin həcmi 8 dəfədən çox artaraq 2014-cü ildə 295 mln. manat təşkil edib. Əslində 10 il ərzində bu sahəyə ayrılan vəsaitlərin həcminin belə bir  templə artması təqdirə layiq haldır. Lakin nəzərə alsaq ki, ötən 2014-cü ildə qeyri neft sektoru tərəfindən məhsul buraxılışı və xidmətlərin həcmi  az qala ölkənin ÜDM-nin həcminə bərabər olub, onda bu sektor üçün güzəştli kreditlər şəklində ayrılan 295 mln. manat vəsait həcm etibarilə təbii ki, azdır. Hesab edirik ki, ilkin olaraq Neft Fondunun vəsaitlərinin 5%-ə qədərini bu istiqamətə ayırmaq ölkədə qeyri neft  sektorunun inkişafına əsaslı təkan verə bilər”.
 
F. Yusifov hesab edir ki, güzəştli şərtlərlə veriləcək kreditlər üzərində daha ciddi nəzarət mexanizmləri də tətbiq olunmalıdır: "Bu sahədə yeni nə isə kəşf etməyə heç bir ehtiyac yoxdur. Dünyada mövcud maliyyə institutlarının illərdir istifadə etdiyi və özünü tam doğrultmuş kreditləşmə mexanizmlərindən istifadə oluna bilər. Burada sadəcə olaraq heç bir təhrifə yol verməmək və onlardan olduğu kimi istifadə etmək lazımdır. Sahibkar ona ayrılan krediti ələ almamalıdır. Ayrılan kreditin idarə olunmasında onu ayıran aidiyyatı struktur bilavasitə iştirak etməlidir. Belə iştirak eyni zamanda kreditdən istifadənin düzgünlüyünə və səmərəliliyinə nəzarəti də təmin etmiş olacaq”. 
 
 

 

Digər mənbələr:


Trend:

http://az.trend.az/business/economy/2400427.html


Musavat :

http://musavat.com/news/iqtisadiyyat/neft-fondu-ve

-qeyri-neft-sektorunun-inkishaf-yollari-teklif_269371.html


Azadinform :

http://www.azadinform.az/news/a-93461.html


Aznews :

http://www.aznews.az/index.php?c=news&id=82298


ATV-xəbər:

http://news.atv.az/news/economy/29053-qeyri-neft

-sektorunu-nece-inkisaf-etdirmek-olar


ANN :

http://ann.az/az/neft-fondu-ve-qeyri-neft-sektorunun-inkisaf

-yollari-teklif/#.VWhHuU-8PGc


ANNtv :

http://anntv.az/az/neft-fondu-ve-qeyri-neft-sektorunun

-inkisaf-yollari-teklif/#.VWhLGE-8PGc


Azerfax :

http://www.azerfax.az/news_4769.html


Olaylar :

http://www.olaylar.az/news/economy/129119/


365.az :

http://365.az/az/view/4657/neft-fondu-ve-qeyri-neft

-sektorunun-inkisaf-yollari/?


BİAB”Ekonomiks”:

http://ekonomiks.az/manshet/235-neft-fondu-ve-qeyri-neft

-sektorunun-inkishaf-yollari-teklf.html


Mətbuat:

http://metbuat.az/news/142078/neft-fondu-ve-qeyri-neft

-sektorunun-inkisaf-yollari-teklif.html


Azeri-Press:

http://azeri.press/iqtisadayyat/35441-neft-fondu-ve-qeyrineft-s

ektorunun-inkisaf-yollar--teklif.html


Moxito:

http://w.moxito.az/index.php?go=news&action=view&id=53288


Arxiv:

http://arxiv.az/az/olaylar.az/47051337/Neft+Fondu+ve+qeyri

-neft+sektorunun+inkishaf+yollari





 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi