OPEK-in qərarı neft qiymətlərini artıracaqmı? 01.12.2017 (1 KİV)

Dünya bazarlarındakı neft qiymətlərində müsbət tendensiya müşahidə edilməkdədir. Səbəb dünyanın əsas neft ixracatçısı olan ölkələrin təmsil olunduğu OPEK-in Vyana görüşündə əldə edilən ilkin razılaşmadır. Məlumat üçün bildirək ki, əsas neft ixrac edən ölkələrin təşkilatı sayılan OPEK dünya bazarlarındakı mövcud durumu nəzərə alaraq neft hasilatını bir qədər azaltmaq barədə ilkin razılıq əldə ediblər. Vyanada bir araya gələn OPEK-ə üzv ölkələr əldə edilən razılaşmanın dekabrın 9-da təşkilatın üzvü olmayan digər neft ixracatçısı olan ölkələrlə müzakirə edilməsini də məqbul hesab ediblər. Məlumat üçün qeyd edək ki, bundan əvvəl bir neçə dəfə OPEK üzvü olan ölkələr bir araya gəlsə də, lakin hasilatı azaltmaq barədə ümumi razılığa gələ bilməyiblər. İndiki məqamda OPEK üzvü olan ölkələrin neft hasilatını azaltmaq barədə əldə etdiyi razılaşmanın dünya bazarlarında neft qiymətlərinin artmasına gətirib çıxaracağı qeyd olunur. Bəs görəsən, ekspertlər bu barədə nə düşünür?

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifovun qənaətincə, OPEK-in son iki il ərzində keçirdiyi çoxsaylı toplantılardan sonra hasilatın azaldılmasına dair müsbət qərar qəbul etməsi təqdir olunsa da, ancaq Kartelin bu qərarının nə qədər səmərə verəcəyi böyük şübhə altındadır: "Hesab edirəm ki, o ya tam işləməyəcək ya da müəyyən qədər işləsə də lazım olan nəticənin əldə edilməsi mümkün olmayacaq. Dəfələrlə bu fikirləri səsləndirmişik ki, nefin qiymətlərini dünya neft hasilatının 1/3-ni verən bir təşkilat həll etmir. Bu təşkilat ona üzv olmayan başqa neft hasil edən bəzi ölkələri də qəbul etdiyi qərara qoşsa belə, neftin qiymətlərində ciddi bir dəyişikliyin baş verəcəyi gözlənilən deyil" İqtisadçı hesab edir ki, dünya bazarlarında neftin qiymətlərinin qalxmasını yalnız Amerika Birləşmiş Ştatları istəməlidir: "Bu istək olarsa, onda qiymətlər qalxacaq. O isə hələlik yoxdur və onun yaxın gələcəkdə yaranacağı gözlənilən deyil. Çünki bu qiymətlərin kökündə Rusiya-Qərb, Rusiya- Amerika qarşıdurmasından qaynaqlanan siyasi motivlər dayanır. Donald Trampın prezident seçilməsi və onun Rusiya ilə münasibətləri yaxşılaşdırmağa dair bəyanatları da bu vəziyyəti dəyişməyəcək. Çünki ABŞ dövlətinin strateji maraqları var və bu maraqlar prezidentin istəyi ilə üst-üstə düşməyə bilər". Fikrət Yusifov bildirib ki, əgər OPEK-in son qərarı işləyərsə və real olaraq neftin gündəlik hasilatını azaltmaqla onun qiymətlərinin qalxmasına nail olunarsa, bu halda ABŞ öz şist neft hasilatını artırmaq yolu ilə vəziyyəti istədiyi kimi tənzimləyəcəkdir. Çünki qiymətlər qalxdıqca şist neftin hasilatı həm də daha çox sərfəli olacaqdır.
İqtisadçı ekspert Pərviz Heydərov isə deyir ki, OPEK-in Vyana razılaşmasından dərhal sonra dünya bazarlarında neft qiymətlərində artma müşahidə edilməyə başlayıb: "OPEK üzvləri təşkilatın Vyanada keçirilən növbəti sammitində adı çəkilən quruma daxil bütün ölkələr üzrə ümumi neft hasilatını gündəlik 1,2 milyo
barel azaltmaqla 32,5 milyon barelə çatdırmaqla bağlı nəhayət ki, yekdil qərara gələ biliblər. Bu, 2008-ci ildən sonra kartel üzrə ilk belə yekdil qərardır. Qərar kütləvi informasiya vasitələrində elan olunan kimi neftin 1 barelinin qiyməti yüksələrək 51 dolları keçib. Beləliklə, çox maraqlı və olduqca müsbət haldır ki, bir neçə həftədir Səudiyyə Ərəbistanı, İraq və İran arasında gedən danışıqlar bəhrəsini verib. Güman edilir ki, Səudiyyə müəyyən mənada güzəştə gedib. Bu da onun real iqtisadi durumu ilə bağlıdır. Belə ki, Ər-Riyad maliyyə ehtiyatlarını itirə-itirə gedir". Pərviz Heydərovun szlərinə görə, bütün gözləntilərin əleyhinə olaraq, yuxarıda qeyd etdiyimiz bu günki sammit ərəfəsində İraqın neft nümayəndəsi də anons etmişdi ki, bu dəfə hər halda yekdil razılığa gəlmək mümkün olacaq: "Hələlik məlum olan budur ki, hasilatın azaldılması 6 ay davam edəcək və buna xüsusi komitə nəzarət edəcək. Bəs, bu, qiymətləri çoxmu bahalaşdıracaq?. Mən son müsahibəm də qeyd etmişdim ki, 2017-ci ilin əvvəlində neftin qiyməti 35 dollara qədər enə bilər. Çünki, OPEK-in sözügedən yekdil qərara gələcəyini gözləmirdim. Lakin görünür, bu son şans idi. Və üstəlik, Birləşmiş Ştatlarda FES-in qarşıdan gələn dekabr iclasını da unutmaq lazım deyil. Belə ki, OPEK Vyanada əgər, heç bir qərar qəbul etməsə idi, bunun təkcə psixoloji təsiri nefti dərhal xeyli ucuzlaşdıracaqdı. FES də dekabrda keçirəcəyi iclasda faiz dərəcəsini artırardısa, neft bir az da ucuzlaşmalı idi. Odur ki, güman edirəm, OPEK-in Vyana qərarında Birləşmiş Ştatların bilavasitə "dabrosu" var. Bu o deməkdir ki, FES faiz dərəcəsini 99 faiz qaldıracaq".

S.İsmayılbəyli

http://olaylar.az/news/iqtisadiyyat/201720



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi