Xarici dövlət borcumuzun həcmində elə ciddi bir artım baş verməyib 28.11.2016 (4 KİV)

 "Son iki ilə qədərki zaman kəsiyində xarici dövlət borcumuzun həcmində elə ciddi bir artım baş verməyib.  Belə ki, 01 yanvar 2015-ci il tarixədən 01 oktyabr 2016-cı il tarixə qədər ötən bir il doqquz ay ərzində Azərbaycanın xarici dövlət borcu cəmisi 1,1 milyard dollar artaraq, 6,5 milyard dollarardan, 7,6 milyard dollara çatıb". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən iqtisadçı ekspert Fikrət Yusifov bildirib ki, iqtisadi böhran şəraitində, neftin qiymətlərinin kəskin azalması səbəbindən valyuta gəlirlərimizin əsaslı şəkildə azaldığı bir dövrdə bunu böyük artım adlandırmaq məntiqli deyil.  O, qeyd edib ki, Sadəcə manatın son iki kəskin devalvasiyasından sonra bu borcun həcmi manat ifadəsində artıb: "Əgər manatın məzənnəsində iki kəskin devalvasiya baş verməsəydi, onda bu günə mövcud olan 7,6 milyard dollar xarici borcumuz, milli valyuta ilə cəmisi 5,9 milyard manat təşkil etmiş olardı. Bütövlükdə xarici borcumuz Ümumi Daxili Məhsulun 20 faizdən bir qədər artıq hissəsini təşkil edir. Xarici borcun həcmi ÜDM-un 50%-dən çox olduqda bu artıq düşünmək üçün bir əsas ola bilər. Əslində normal borclanma bütün hallarda məğbul sayıla bilər. Bu gün dünya ölkələrinin 70 trilyon dolları ötən xarici borcu həmin ölkələrin ÜDM-nun az qala 100%-i həcmindədir. İnkişaf etmiş bir çox ölkələrdə isə bu göstərici onların ÜDM-nu bəzən bir neçə dəfə üstələyir".

http://olaylar.az/news/iqtisadiyyat/201055

 


 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi