Şuranın dəstəyilə İsmayıllı şəhərində tədbir keçirilib 16.11.2016 (1 KİV)

qhtxeber.az//  "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyə dəstəyi ilə "Post-neft dönəmində xarici sərmayələrin cəlb edilməsi yolları” layihəsini həyata keçirir.

qhtxeber.az-a verilən məlumata görə, layihə çərçivəsində "Post-neft dönəmində regional sahibkarlığın iqtisadi proseslərdə rolu” mövzusunda Ağsu şəhərində tədbir keçirilib. 

Tədbirdə dövlət qurumlarının nümayəndələri, sahibkarlar, müstəqil ekspertlər və yerli QHT-lərin təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan və tədbir iştirakçılarını salamlayan "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov "Post-neft dönəmində xarici sərmayələrin cəlb edilməsi yolları”  layihəsi haqqında və layihənin icra edildiyi dövrdə həyata keçirilən tədbirlər, araşdırmalar barədə qısa məlumat verib.

F. Yusifov post-neft dönəmində dövlətin yerli sahibkarlığın inkişafı istiqamətində apardığı iqtisadi islahatlar haqqında geniş məruzə ilə çıxış edib.

Bundan başqa layihə əməkdaşları onlara investisiyaların dövlət tərəfindən təşviqinin, xarici sərmayənin cəlbini özündə əks etdirən materiallar təqdim edərək xarici sərmayələrin ölkəyə cəlb edilməsi istiqamətində məsləhətlər veriblər. 

Sonda regionlarda sahibkarlığın inkişafı üçün təkliflər səsləndirilib, tədbir iştirakçılarının sualları cavablandırılıb. 




 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi