“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi ictimaiyyətə təqdim olundu

 

31.10.2014-ci ildə dövlət qeydiyyatına alınan "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi (BİAB) ilk mətbuat konfransını keçirdi. BİAB-ın sədri iqtisad elmləri doktoru, professor Fikrət Yisifov rəhbərlik etdiyi təşkilatın yaranma səbəbləri və gələcək fəaliyyəti barədə geniş məlumat verib.


BİAB-ın sədri bildirib ki, uzun illər Rusiyanın Sankt-Peterburq şəhərində elmi-pedoqoji fəaliyyətlə məşğul olsa da, Azərbaycanda gedən xüsusən iqtisadi prosesləri diqqətlə izləyib. F.Yusifovun sözlərinə görə, dünyanın ağır maliyyə böhranı keçirdiyi dövrdə Azərbaycanın bütün sahələrdə iqtisadi sıçrayış əldə etməsi, əhalinin gəlirlərinin artması, nəhəng infrastruktur layihələrin həyata keçirilməsi, ölkəmizin Avropanin enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi yer alması danılmaz faktdır: "Belə şəraitdə iqtisadçı alim olaraq, proseslərdən kənarda qalmağım, ölkəmin hərtərəfli inkiafına dəstək vermək arzumla, amalımla mütanasiblik təşkil etmirdi. Hər bir vətandaş, ölkəsinin rufahına çalışmalı, bilik və bacarıqlarını vətəni üçün sərf etməlidir. Bu gün təqdimat mərasiminə təşrif buyurduğunuz "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin də məqsədi Azərbaycanın iqtisadi islahatlarında bir qeyri-hökümət təşkilatı olaraq yaxından iştirak etmək, bu sahədə cərəyan edən prosesləri dərindən təhlil edib, əsil reallığın nədən ibarət olduğunu şəffaflığı ilə vətəndaşlarımıza, eyni zamanda Avropa və Qərb dövlətlərinə göstərməkdir. Azərbaycan Avropanın tam hüquqlu üzvüdür və regionda lider dövlətdir. Bu liderliyi qoruyub saxlamaq və onu daha da möhkəmləndirmək üçün biz bütün imkanlarımızı səfərbər etməliyik.
BİAB sədri rəhbərlik etdiyi təşklatın devizini də açıqlayıb: "Hər şeyi olduğu kimi göstərmək”. F.Yusifov deyib ki, dünyanın heç bir ölkəsində 20 il ərzində bu qədər işlər görülməyib: "Təbii ki iş olan yerdə, nöqsanlar da var. Bizim təşkilat nöqsanların daha tez və ziyansız aradan qaldırılması, inkişafın sürətlənməsinə dəstək verilməsi istiqamətində ciddi addımlar atmağı planlaşdırır. Biz nöqsanları sadəcə sadalamaqla işimizi bitmiş hesab etmək fikrindən uzağiq. Məqsədimiz proseslərə elmi və praktiki baxımdan nüfuz etmək yolu ilə mövcud olan nöqsanların aradan qaldırılması məqsədilə ortaya konkret təkliflər qoymaqdan ibarətdir. Bu halda nəticələr daha səmərəli olur”.
BİAB sədri onu da bildirib ki, Azərbaycan mediası ilə sıx əlaqədə olacaqlar. Hətta yeni yaranan təşkilat ilk layihəsini mətbautla birgə həyata keçirəcək: "Jurnalistlər dövlətin dünyaya açılan pəncərəsidir. O pəncərə o qədər geniş açılmlaıdır ki, müstəqil olan gənc Azərbaycan dövlətininqısa zaman kəsiyində nə qədər qüdrətli bir dövlətə çevrildiyihər yerdən aydın görünsün. Burdan bəyan edirik ki, təşkilatımızın ilk layihəsinə siz jurnalistlərlə birgə start verəcəyik. Artıq layihə hazırdı, həyata keçiriləcəyi günü gözləyir. O gün isə lap yaxındadır”.
F.Yusifov təqdimat mərasimində jurnalistlərin sualarını cavablandırıb.
FikrətYusifov 1957-ci ilin avqust ayının 20-də Naxçıvan MR-da anadan olub. 1974-cü ildə Abşeron rayonunun Mehdiabad qəsəbəsində ortaməktəbi bitirib və həmin ildə də Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1978-ci ildə İnstitutu fərqlənmə diplomu ilə bitirib və təyinatla Azərbaycan SSR Dövlət Bankına işləməyə göndərilib.
Əmək fəaliyyətini Azərbaycan SSR Maliyyə Nazirliyində davam etdirib. Nazirliyin büdcə idarəsində baş iqtisadçı, sonra isə şöbə müdiri vəzifəsində çalışıb. Nazirlikdə işlədiyi müddətdə təhsilini qiyabi aspirantura şöbəsində davam etdirərək 1987-ci ildə Moskva şəhərində "Müasir şəraitdə yerli büdcələrin mədaxil bazarlarının təkmilləşdirilməsi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib və iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. Dissertasiya müdafiəsindən sonra Azərbaycan Dövlət İqtisad Universitetində müəllimlik fəaliyyətinə başlamış, institutun elmi-tədqiqat laboratoriyasına rəhbərlik edib.
1992-ci ilin oktyabr ayına kimi institutun "Maliyyə-iqtisad" fakültəsinin dekan müavini vəzifəsində işləyib.
1992-ci ilin oktyabr ayında Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini vəzifəsinə təyin edilib. 1994-cü ildən 1999-cu ilin iyul ayına kimi Azərbaycan Respublikası maliyyə naziri vəzifəsində işləyib.
2001-ci ildə Rusiyanın Sankt-Peterburq Maliyyə-İqtisad Universitetində doktorluq dissertasiyası müdafiə edib və 2013-cü ilə qədər həmin universitetin maliyyə kafedrasının professor vəzifəsində çalışmışdı.



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi