"Ölkədə muzdlu işçilərin sayı 1.5 mln-dan çoxdur, bəs dedikləri "özəl sektor" haradadır”-DEBAT

Qiymət artımı niyə baş verdi və hansı problemləri yaradacaq?
Samir Əliyev: "Qiymət artımı həm də idarəçilikdə olan çatışmamazlıqdan irəli gəlir”
Fikrət Yusifov: "Bu artım əhalinin 70 faizə qədərinə aid olmayacaq”
Enerji daşıyıcılarının, xüsusən işıq və qazın qiymət artımı cəmiyyətdə birmənalı qarşılanmır. Hökumət Traif Şurasının məlum qərarına haqq qazandırmağa çalışsa da hələ ki, uğursuzluqla üzləşir. Ölkə başçısı isə təqribən 2 həftə sonra qiymət artımını sosial bərabərlik kimi dəyərləndirib. Belə ki, prezident İlham Əliyev Zərdab rayonuna səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşündə ilk dəfə ölkədəki tarif artımına toxunub.
Prezident bu addımın sosial ədalətə xidmət etdiyini qeyd edib: "Bizim atdığımız bütün addımlar sosial xarakter daşıyır və sosial ədaləti tərənnüm edir. Yaxşı yaşayan dövlətə daha çox töhfə verməlidir, daha çox vergi ödəməlidir, daha çox kommunal xərcləri olmalıdır”- deyən dövlət başçısı bildirib ki, varlı və kasıb insanların ödədiyi xidmət haqqı eyni olmamalıdır. Ölkəmizdə bazar iqtisadiyyatının mövcud olduğunu diqqətə çatdıran Prezident zənginlərin daha çox maliyyə cavabdehliyi daşımalı olması və eyni zamanda aztəminatlı təbəqənin dövlət tərəfindən qorunmasının vacibliyini bildirib.
"Sizin tribuna”nın növbəti buraxılışında enerji daşıyıcılarının qiymət artımı müzakirə olunub. İqtisadçı ekspert Samir Əliyev hesab edir ki, yanlış idarəçilik qiymət artımına səbəb olan amillərdəndir. 
İqtisad elmlər doktoru, keçmiş maliyyə naziri Fikrət Yusifov isə qiymət artımını təbii proses kimi dəyərləndirir və bu artımın əhalinin 70 faizə qədərinə aid olmayacağını deyir.



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi