logo
logo

Copyright © 2022 “Ekonomiks” | Bütün hüquqlar qorunur

LAYİHƏLƏR

ANA SƏHİFƏ | LAYİHƏLƏR

İctimai sektor tərəfindən maliyyə məlumatlarının açıqlanmasının və şəffaflığın monitorinqi

İctimai sektor tərəfindən maliyyə məlumatlarının açıqlanmasının və şəffaflığın monitorinqi

Layihənin ideyası və qısa məzmunu

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi tərəfindən “İctimai sektor tərəfindən maliyyə məlumatlarının açıqlanmasının və şəffaflığın monitorinqi” adlı layihənin icrasına başlanmışdır. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin keçirdiyi “AÇIQ HÖKUMƏTİN VƏ İCTİMAİ NƏZARƏTİN TƏŞVİQİ, KORRUPSİYAYA QARŞI MÜBARİZƏ MƏSƏLƏLƏRİ ” istiqaməti üzrə elan etdiyi “Kiçik qrant müsabiqəsi”ndə qalib elan olunmuşdur. Layihə dövlət sektoruna aid qurumlar, o cümlədən büdcə təşkilatları, publik hüquqi şəxslər, dövlət qurumları, səhmdar cəmiyyətlər (bundan sonra ictimai sektor) tərəfindən maliyyə məlumatlarının açıqlanması sahəsində müəyyən edilmiş normativlərə əməl etməni monitorinq etmək, bu sahədə şəffaflığın cari vəziyyətini öyrənmək, ictimai sektor üçün məlumatların açıqlanması sahəsində mövcud yerli və qabaqcıl təcrübənin tətbiqini təhlil etmək və şəffaflığı təşviq etməkdir.

Mövzunun ictimai əhəmiyyəti və aktuallığı

Layihə dövlət sektoruna aid qurumlar, o cümlədən büdcə təşkilatları, publik hüquqi şəxslər, dövlət qurumları, səhmdar cəmiyyətlər (bundan sonra ictimai sektor) tərəfindən maliyyə məlumatlarının açıqlanması sahəsində müəyyən edilmiş normativlərə əməl etməni monitorinq etmək, bu sahədə şəffaflığın cari vəziyyətini öyrənmək, ictimai sektor üçün məlumatların açıqlanması sahəsində mövcud yerli və qabaqcıl təcrübənin tətbiqini təhlil etmək və şəffaflığı təşviq etməkdir. Layihənin əsas məqsədi şəffaflıq sahəsində qəbul edilmiş ölkədaxili normativlərin (qanunlar, qaydalar, və s) tətbiqini öyrənmək, beynəlxalq reytinq qurumlarının şəffaflıq sahəsində ölkəyə verdiyi reytinq və tövsiyələrin tətbiqi vəziyyətini monitorinq etmək, problemin yaratdığı əks effektləri müəyyən etmək, ictimai sektorun məlumatların açıqlığı vəziyyətini araşdırmaq və həlli üçün təkliflər vermək. Layihə müddətində qarşıya qoyulan məqsədə və təşəbbüsün istiqamətinə müvafiq olaraq Maliyyə məlumatlarının açıqlanması və şəffaflıq sahəsində mövcud durumun təhlili, o cümlədən Qanunverici mühitin təhlili, Beynəlxalq standart, tövsiyə və normaların təhlili, İctimai sektorda monitorinqin təşkili və aparılması, Məlumatların açıqlanması modelinin təklifi, Reytinq qurumlarının tələb, tövsiyə və standartlarını müəyyən etmək, Yerli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətləri üzrə təkliflərin verilməsi, Məlumatların açıqlanması standartı/tövsiyə paketinin hazırlanması nəzərdə tutulmuşdur.

Layihənin məqsədi və qarşıya qoyulan vəzifələr

Layihə üzrə görülmüş işlərin nəticələrinin təşviqi istiqamətində İctimai müzakirələrin aparılması, təbliğat və təşviqat, Məlumatların açıqlanmasına dair mövcud vəziyyətə dair hesabatın yayımı, Məlumatların açıqlanması sahəsində yerli qanunvericilik, beynəlxalq standartlar, tövsiyələr üzrə elektron resursların hazırlanması və onlayn müzakirələrin aparılması da əsas hədəflərdəndir. Ümumilikdə layihənin icrası 6 ay olmaqla 01 fevral 2022-ci ildən başlayaraq nəzərdə tutulur. Bu müddət təşkilat özünün kommunikasiya strategiyasına uyğun olaraq layihə haqqında media üzərindən təbliğat və təşviqat işlərinin aparmaqla açıq hökumətin təşviqi və şəffaflıq təşəbbüslərinə dəstək verməyi hədəfləyir.