pattern

LAYİHƏLƏR

ANA SƏHİFƏ | LAYİHƏLƏR

Sahibkarlıq subyektlərində elektron uçot sistemlərinin tətbiqi və vergi uçotunun dürüstləşdirilməsinə dair təşəbbüslər

Layihənin ideyası və qısa məzmunu

Hazırkı layihə ölkədə sahibkarlıq subyektlərinin fəaliyyətində şəffaflığın artırılması, gizli iqtisadiyyatın şəffaf iqtisadiyyata transfer edilməsi sahəsində dövlətin iqtisadi təşəbbüslərinin dəstəklənməsi və ölkədə vergi inzibatçılığı sahəsində aparılan islahatlara adekvat uçot sistemlərinin hazırlanmasını özündə ehtiva edir.

Mövzunun ictimai əhəmiyyəti və aktuallığı

Dövlətin iqtisadi inkişafın davamlılıq prinsiplərinə uyğun təmin edilməsi məqsədilə bütün iqtisadi sferalarda apardığı dərin islahatların davamı olaraq sahibkarlıq subyektlərinin vergi uçotunun müasir tələblərə uyğun qurulması istiqamətində qarşıya qoyulan hədəflərin dəstəklənməsi və bu dəstəyin ictimai təşəbbüslərlə sahibkarlara təşviq edilməsi əhəmiyyəti yüksəkdir. Belə ki, son illər ərzində uçot sistemlərinin inkişaf etdirilməsi, şəffaflığın təmin edilməsi sahəsində dövlətin atdığı addımlarla yanaşı sahibkarlıq subyektləri arasında şəffaf uçotun qurulması təşviq edilməli və sahibkarların fəaliyyətinin şəffaf prinsiplər əsasında qurulması dəstəklənməlidir. Problemin həlli istiqamətində çoxsaylı təşəbbüslər aparılsa da dövrün tələbləri bu təşəbbüslərin ictimai sektor tərəfindən fasiləsiz dəstəklənməsi və yeni təşəbbüslərlə çıxış edərək problemin həlli istiqamətləri öyrənilməlidir.

Layihənin məqsədi və qarşıya qoyulan vəzifələr

Layihənin məqsədi sahibkarlıq subyektlərində elektron uçot sistemlərinə keçidi təşviq etmək, vergi uçotunun elektron uçot sistemlərin üzərindən şəffaf formada aparılmasını təbliğ etmək, dövlətin vergi uçotu sahəsində apardığı yeniliklərin tətbiqini dəstəkləmək, bu sahədə problemlərin öyrənilərək təkliflərlə çıxış etməkdir.