pattern

LAYİHƏLƏR

ANA SƏHİFƏ | LAYİHƏLƏR

Maliyyə xidməti istehlakçılarının hüquqlarının müdafiəsi və maarifləndirilməsi işinin təşkili

Layihənin ideyası və qısa məzmunu

Layihənin əsas qayəsi istehlakçıların hüquqlarının müdafiəsinə istiqamətlənmiş tədbirləri icra etmək və onları maarifləndirməkdir.

Mövzunun ictimai əhəmiyyəti və aktuallığı

Layihə çərçivəsində aparılacaq sorğu və araşdırmalarla müəyyən ediləcək hüquqları pozulmuş və ya aldadılmış maliyyə xidməti istehlakçılarının hüquqlarının müdafiəsini təşkil etmək, onların problemlərinin yuxarı nəzarət orqanlarına çatdırmaq və maarifləndirməklə bu sahədə olan problemin azaldılması hədəflənir.

Layihənin məqsədi və qarşıya qoyulan vəzifələr

Layihənin məqsədi maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsini təşkil etmək, bu problemin ətrafında ictimai müzakirələrin aktivləşdirilməsinə təkan vermək, zərər çəkmiş istehlakçıların zərərlərinin azaldılmasına kömək etmək, dövlət nəzarəti qurumlarının istehlakçıların hüquqlarının müdafiəsində daha aktiv olmalarına çalışmaq, eyni zamanda vətəndaşların maliyyə savadının artırılması istiqamətində işlər aparmaq, bununla da problemin azaldılmasına öz töhvəmizi verməkdir.