pattern

LAYİHƏLƏR

ANA SƏHİFƏ | LAYİHƏLƏR

Bakı 2015” I Avropa Oyunlarının nəticələrinin ictimai müzakirəsi

Layihənin ideyası və qısa məzmunu

Bakı 2015 I Avropa Oyunlarının nəticələrinə həsr olunmuş bu layihədə əsas məqsəd bu idman oyununun iqtisadi baxımdan ölkəmiz üçün müsbət və mənfi nəticələri barədə ictimaiyyətə əhatəli çatdırılmasıdır

Mövzunun ictimai əhəmiyyəti və aktuallığı

Layihə çərçivəsində 6 video çarxın çəkilməsi, onun mediada yayılması nəzərdə tutulub. Həmin video çarxlarda ölkəmizin tanınmış iqtisadçı ekspertləri çıxış edəcək. Layihə ilə bağlı ölkəmizin bir neçə bölgələrinə də səfərlər olacaq. Çəkilmiş videolar həmin bölgə əhalisinə təqdim olunacaq. 3 ay davam edəcək layihənin noyabrda başa çatdırılması nəzərdə tutulur. Bu müddət ərzində layihə ilə bağlı xüsusi monitorinqlər keçiriləcək.

Layihənin məqsədi və qarşıya qoyulan vəzifələr

Həmçinin layihə çərçivəsində xarici ölkələrdən birində Azərbaycanla bağlı sorğunun keçirilməsi də nəzərdə tutulur. Sorğunun əsas məqsədi, oyunlardan sonra həmin ölkə əhalisinin Azərbaycanda haqda məlumatlarının hansı səviyyədə olmasıdır.