“Prezidentin Fərmanının sosial-iqtisadi əhəmiyyəti çox böyükdür” - Fikrət Yusifov


Fikrət Yusifov: "Sözügedən sənəd insanların illərdir əziyyət çəkdiyi problemin həlli yolunda yaşıl işıq yandırıb” 2015-ci il, yanvarın 13-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin...

Daha ətraflı
 

“Prezidentin benzinin qiymətilə bağlı qərarı doğru addımdır”


Prezident İlham Əliyevin Tarif Şurasının qərarının ləğvi ilə bağlı qəbul etdiyi qərar çox doğru bir addımdır. Belə bir açıqlama ilə çıxış edən "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin (BİAB) sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov "OLAYLAR”-a bildirib ki, əslində bu çox cüzi bir qiymət artımı idi: "Belə qiymət artımının gəlirləri 20 milyard manata çatan bir büdcəyə gətirə biləcəyi 60 milyon manat həmin büdcənin gəlirlərinin haradasa 0,3 faizinə...

Daha ətraflı
 

“Heç kəs deyə bilməz ki, neft 20 dollara düşməyəcək” - Fikrət Yusifov (Müsahibə)


Proqnozların əksi olan heç nə baş vermir. Proseslər gözləntilərimizə uyğun şəkildə gedir. Azərbaycan MDB məkanında 2014-cü ili daha uğurlu iqtisadi və maliyyə göstəricilərilə başa vuran yeganə ölkədir. Bunu sübut etmək üçün rəqəmlərin dil ilə çoxsaylı misallar gətirmək olar. Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin yekunlarına həsr olunmuş iclasında bu göstəricilkər hərtərəfli açıqlandı və konkret faktlar göstərildi...

Daha ətraflı
 

Dövlət nümayəndələri vəsaitin qədrini bilməli, israfçılığa yol verilməməlidir - Prezident İlham Əliyev


Bunu Nazirlər Kabinetinin dekabrın 10-da keçirilmiş iclasındakı çıxışında Prezident İlham Əliyev deyib. Prioritet olmayan layihələrə razılıq verilməyəcəyini dyən dövlət başçısı vurğulayıb ki, hər bir dövlət strukturunda, qurumlarda, dövlət şirkətlərində idarəetmə prinsipləri təkmilləşdirilməlidir. "İsrafçılığa yol verilməməlidir. Bizim dövlət nümayəndələrimiz vəsaitin qədrini bilməlidirlər. Əminəm ki, onlar da bu vəziyyəti düzgün dərk edirlər və nəticə çıxaracaqlar. 

Daha ətraflı
 

Yalançı rəqəmlərlə oynayan “ekspertlər” kimi aldadır?


Artıq ikinci aydır ki, "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi fəaliyyət göstərir. Bu müddət ərzində ölkədə baş verən iqtisadi proseslərə, dünya bazarlarında neftin qiymətlərinin aşağı düşməsi, büdcə - vergi və digər iqtisadi, maliyyə məsələlərinə dəfələrlə münasibət bildirib, müxtəlif təkliflər irəli sürmüşük. Bu yazıda isə son 1 aydan artıq vaxt ərzində apardığımız bir müşahidənin nəticələrini hörmətli oxucularımızla bölüşmək istəyindəyik...

Daha ətraflı
 

Fikrət Yusifov İctimai Televiziyaya müsahibə verib


Müsahibədə 2015-ci ilin Azərbaycanda sənaye ili elan olunmasından irəli gələn məsələrdən danışılıb, ölkənin sənaye potensialının ayrı-ayrı tərəflərinə toxunulub  "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov İctimai Televiziyaya müsahibə verib. Biab.az saytı xəbər verir ki, müsahibədə 2015-ci ilin Azərbaycanda sənaye ili elan olunmasından irəli gələn məsələrdən...

Daha ətraflı
 

Bizim çox güclü iqtisadi dayaqlarımız var - Prezident İlham Əliyev


"İndi neftin qiyməti çox aşağı düşübdür. Azərbaycanda bir adam bunu hiss edibmi? Xeyr, hiss etməyəcəkdir. Çünki bizim çox güclü iqtisadi dayaqlarımız var”. "AzerFax"(AFA) xəbər verir ki, Trend-in yaydığı məlumata görə, bunu Prezident İlham Əliyev dekabrın 16-da Sabirabadda, Heydər Əliyev Mərkəzində keçirilən ASAN Könüllülərinin I Ümumrespublika Forumunun açılış mərasimində çıxışı zamanı deyib...

Daha ətraflı
 

“Kreditlərin faizlərinin reallıqlara uyğunlaşdırılması çox zəruridir”


"Azərbaycanda mövcud olan maliyyə sabitliyi şəraitində kommersiya banklarının verdikləri kreditlərin faizlərinin optimallaşdırılması zərurətə çevrilib. Elə buna görə də Prezidentİlham Əliyev "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Qanununun tətbiqi barədə Fərman”da Mərkəzi Bankına aidiyyatı tapşırıq verdi”. Bunu "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov deyib...  

Daha ətraflı
 

“Qərb Rusiyanın tamamilə çökməsində maraqlı deyil” - Şərh


"Rusiyada baş verənlər son günlər mətbuatda dramatikləşdirilərək ictimaiyyətə təqdim olunur. Düzdür, kimsə iddia edə bilməz ki, Rusiyadakı vəziyyət ürəkaçandır. Ancaq vəziyyəti "son hədd” səviyyəsində təqdim etməyə tələsmək lazım deyil”. Bunu "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov  Rusiyanın iqtisadi vəziyyətindən dolayı yaranmış situasiyanın vəd etdiyi perspektivləri şərh edərkən deyib. F.Yusifov hesab edir ki, Rusiyadan  həmyerlilərimizin kütləvi köç edəcəkləri ilə bağlı həyəcan təbili çalmağa ehtiyac yoxdur...

Daha ətraflı
 

Fikrət Yusifov: “Gələn ilin ortalarından neft bahalaşacaq”


"Heç kim inanmasın ki, pula çox həris olan ərəb şeyxləri neftin satışından əldə etdikləri milyardlardan uzun müddətə imtina edəcəklər. Dünya bazarında neftin qiymətlərinin aşağı düşməsi, bütün neft ölkələrində olduğu kimi bizdə də müəyyən vəsaitlərin itirilməsi ilə nəticələnəcək. Lakin buna təbii baxmaq lazımdır”. Bunu "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov neftin qiyməti və dünya bazarında yaranmış vəziyyətin müvəqqəti xarakter daşıdığına dair fikirlərini açıqlayarkən deyib...

Daha ətraflı
 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi