Azərbaycan iqtisadiyyatı yenidən sürətli inkişaf yolunda


Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda ötən dövr ərzində ölkə iqtisadiyyatında əldə olunmuş nəticələr geniş müzakirə edildi. Əminliklə demək olar ki, keçən ilin sonlarında 2017-ci ilin ölkəmizin iqtisadiyyatında dönüş ili olacağına dair verilən bəyanatlar son üç ay ərzində öz təsdiqini tapdı. 

Daha ətraflı
 

Fikrət Yusifov: Düzgün struktur islahatları aparmadan iqtisadiyyatda uğur qazanmaq mümkün deyil


Struktur islahatları barəsində danışarkən ilk növbədə onun fəlsəfəsinin nədən ibarət olduğunu bilmək lazımdır. Sual olunur, bu islahatları aparmaqda əsas məqsəd nədən ibarətdir? Son illər ərzində Azərbaycan hökuməti bu sahədə hansı yolu keçib, bu gün haradayıq və qarşıda daha hansı işləri görmək lazımdır?Aparacağımız araşdırmada bu suallara cavab tapmağa çalışaq.

Daha ətraflı
 

Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir


Cari ilin ilk iki ayının nəticələri onu deməyə əsas verir ki, 2015-ci ilin sonlarından başlayaraq hökumətin start verdiyi iqtisadi islahatlar artıq öz nəticələrini verməyə başlayır.  Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə cari ilin ilk iki ayında ölkədə ümumi daxili məhsul istehsalı 0,4 faiz artıb. İqtisadiyyatımızda baş verən bu artım əslində ölkədə iqtisadi inkişafın yeni mərhələsi kimi qiymətləndirilməlidir...

Daha ətraflı
 

Fikrət Yusifov: Cari ildə iqtisadi dirçəlişdən danışa bilərikmi?


Ötən ilin yanvar-fevral ayları ilə müqaisədə cari ilin yanvar-fevral aylarında Ümumi Daxili Məhsulun 0,4% artımı qeydə alınıb. Bu artımı ümumi iqtisadi dirçəlişin başlanğıcı hesab etmək olarmı? İlk baxışda 0,4% həddində artım elə də böyük bir irəliləyiş deyil, lakin məsələyə bir qədər dərindən yanaşdıqda, belə bir artımın həqiqətən də iqtisadi dirçəlişin başlanğıcı olduğunu görmək mümkündür.

Daha ətraflı
 

Pensiya yaşının qaldırılması kimə daha çox lazımdı?


Cəmiyyətdə pensiya yaşının 65-ə çatdırılmasına münasibət birmənalı deyil. Kimlərsə pensiya yaşının artırılmasının əleyhinə kəskin çıxış edərək, bunu vəsaitlərə qənaət etmək məqsədilə hökumətin atdığı addım kimi dəyərləndirlər. Əslində bu gün bütün dünyada qeydə alınan ənənə ondan ibarətdir ki, əksər ölkələrdə bu yaş artırılır və ya  onun müəyyən bir dövrdə tədricən artırılması nəzərdə tutulur.

Daha ətraflı
 

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu getdikcə artır


Məlum olduğu kimi, 2000-ci illərin əvvəllərindən Azərbaycanın böyük qaz ehtiyatlarının hasilatı və Avropa istehlakçılarına çatdırılması ilə bağlı müxtəlif təşəbbüs və layihələr irəli sürülməyə başlanmışdır. Lakin ölkəmiz bu sahədə liderliyi öz üzərinə götürdükdən sonra  "Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması ilə bağlı zəruri tədbirləri həyata keçirilmişdir. 2011-ci ildə Azərbaycan və Avropa İttifaqı arasında "Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı birgə bəyannamə, 2012-ci ildə Türkiyə ilə TANAP-a dair saziş imzalanmış, 2013-cü ildə TAP layihəsi əsas ixrac marşrutu kimi seçilmişdir. 2013-cü il dekabrın 17-də "Şahdəniz-2" layihəsinə dair yekun investisiya qərarı qəbul edilmiş və 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi keçirilmişdir

Daha ətraflı
 

Mehriban Əliyeva iqtisadi sferada inqilabi dəyişikliklər edə bilər


1-ci vitse-prezident Mehriban Əliyeva proqrama müsahibəsində bildirib ki, yeni vəzifədə prezidentin, ən başlıcası isə inamı, ümidləri olan insanların etimadını doğruldacaq. Mehriban Əliyeva deyib: "Məni Azərbaycanın birinci vitse-prezidenti vəzifəsinə təyin etmək qərarı Azərbaycan prezidentinin şəxsi təşəbbüsü olub. Əlbəttə, uzun illər ərzində təkcə prezidentin xanımı deyil, həm də onun silahdaşı olmağım da yəqin ki, öz rolunu oynayıb”.

Daha ətraflı
 

Azərbaycan xarici borclanmaya görə dünya ölkələri arasında ən yaxşı yerlərdən birini tutur


Beynəlxalq reytinq agentliklərinin Azərbaycan iqtisadiyyatının bugünkü durumuna verdikləri yüksək qiymət ona istənilən layihəyə xarici kreditləri cəlb etməyə imkan yaradır. Lakin Azərbaycan hökumətinin xarici borclanma ilə bağlı məsələlərdə öz strategiyası var və  onun mahiyyəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə açıq şəkildə bəyan edilib. Bu strategiyanın fəlsəfəsi mümkün qədər az borclanmaya getməkdən və bütün imkanları bir araya gətirərək zəruri layihələri öz daxili imkanlarımız hesabına maliyyələşdirməkdən ibarətdir.

Daha ətraflı
 

Bilik, texnologiya, təhsil üzərində köklənən yeni iqtisadi yüksəliş


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Əl-Cəzirə” televiziyasına müsahibə verib. Ölkə rəhbəri bildirib ki, Azərbaycanın davamlı inkişafı neft və qaza deyil, bilik, texnologiya, təhsil, qeyri-neft sektoruna əsaslanmalıdır: "Biz regionun enerji və nəqliyyat xəritəsini tamamilə dəyişəcəyik ki, bu da öz növbəsində region xalqları üçün böyük imkanlar yaradacaq”. Mütəxəssislər bildirirlər ki, Prezidentin bu cür açıqlaması ilə ölkədə bilik, texnologiya, təhsil, qeyri-neft sektorunun daha sürətlə inkişaf edəcəyinə işarədir.

Daha ətraflı
 

Xarici iş adamı manat alıb, neyləyəcək?


İstanbulda təşkil olunan V Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumundakı çıxışında Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü ölkələrarası ticarətin milli valyutalarla aparılmasına toxunub. O deyib ki,milli valyutalarla ticarətin aparılacağı təqdirdə iş adamları məzənnə fərqlərindən zərər görməyəcək. Milli valyutada ticarətin aparılması üçün lazımi qərarlar qəbul ediləcək.

Daha ətraflı
 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi