Sahibkarlara 27,5 milyon manatdan artıq güzəştli kredit verilib


Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Yevlax  rayonunun Kövər kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.   İqtisadiyyat və Sənaye Nazirliyindən "APA-Economics”ə verilən məlumata görə, biznes forumda 80-ə yaxın sahibkar iştirak edib.   SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu il ərzində 842 sahibkara 27,6 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2 000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

Daha ətraflı
 

Dollarla götürülmüş kreditlərin qaytarılması ilə bağlı yeni - 50/50 variantı


"Ekonomik s” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi xarici valyuta ilə götürülmüş kreditlərin aylıq ödənişilə bağlı təkliflərlə çıxış edib Günün əsas müzakirə mövzularından biri də xarici valyutada  - əsasən də dollarla götürülmüş kreditlərin necə ödənilməsidir.  Belə kreditlərin ödənilməsilə bağlı müxtəlif  qaydalar təklif olunur."Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi sözügedən məsələ ilə  bağlı yaydığı press-rellizdə qeyd olunur ki, əgər vətəndaşla bank arasında xarici valyutada götürülən kredit üzrə bağlanmış müqavilədə valyutanın məzənnəsinin

Daha ətraflı
 

Fikrət Yusifov: “Bu şəxsi mənfəət qazanmaq üçün edilən möhtəkirlikdir”


"Bəzi qiymət artımlarının olacağı barədə biz də son günlərdə mətbuatda gedən çıxışlarımızda bildirmişdik. Burada söhbət ilk növbədə xaricdən gətirilən mallara və məhsullara aiddir”. Bunu AZADİNFORM-a açıqlamasında sabiq maliyyə naziri, "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov bildirib. F.Yusifov qeyd edib ki, manatın ABŞ dollarına nisbətən ucuzlaşması kontekstində ölkəyə xaricdən dollarla alınıb gətirilən malların və məhsulların qiymətindəki müəyyən dəyişikliklər təbidir: 

Daha ətraflı
 

Avropa Oyunları Azərbaycana lazımdırmı? – Fikrət Yusifovun təhlili


 Son günlər mətbuat səhifələrində Bakıda keçiriləcək birinci Avropa oyunlarına   görə Azərbaycan hökumətinin "yersiz səxavət”  göstərməsindən bəhs edən yazılar gözə dəyir.  Hökumətin Avropa oyunları ilə bağlı xərclərini öz bildiyi kimi "təhlil" edənlər sonda insanları çaşdırmağa, onların hissiyatını qıcıqlandırmağa hesablanmış pafoslu çağırışlar edirlər.

Daha ətraflı
 

Spirtli içkilər və tütün məmulatlarının yeni aksiz dərəcələri qüvvəyə mindi


Martın 1-dən Azərbaycana gətirilən spirtli içki, tütün məmulatlarının, eləcə də neft məhsullarının yeni aksiz dərəcələrini qüvvəyə minib.Bu barədə Nazirlər Kabinetinin rəsmi mətbuatda dərc edilmiş qərarında deyilir. Qərara uyğun olaraq, ölkəyə gətirilən səməni pivəsinin 1 litri üçün 1,0 manat (əvvəl bir dollar), təbii üzüm şərabları, üzüm suslosunun 1 litri üçün 2,5 manat, şampan şərabının 1 litri üçün 2,5 manat, viski, rom, cin və ardıc tinkturası, araq, likörlərin 1 litri üçün 6,0 manat təşkil edir.

Daha ətraflı
 

“Qiyamət qopacaq” deyənlər buna görə cavab verməlidir” – Fikrət Yusifov


"Nə iqtisadçı, nə də Siyasətçi kimi özünə yer tapa bilməyən Qubad İbadoğlu cəmiyyətə doğru olmayan məlumatlar verməklə gündəmdə qalmağa çalışır” Manatın məzənnəsi ilə bağlı mənim mətbuatda dediklərim Mərkəzi Bankın apardığı pul-kredit siyasətinə, bankın rəhbərinin verdiyi bəyanatlara söykənən fikirlər idi.

Daha ətraflı
 

Rusiyada dolların ucuzlaşmasının bizə təsiri olacaqmı? - Fikrət Yusifovun şərhi


Rusiyada dollar kəskin şəkildə ucuzlaşıb. Bu barədə Rusiya mətbuatı yazır. Rusiyada baş verənlərin dolayısı da olsa bizə təsiri danılmaz olduğu üçün bu ucuzlaşmanın da ölkəmizə hər hansı bir təsiri olub-olmaması da maraqlıdır. Məsələ ilə bağlı İqtisadçı Fikrət Yusifov ATV.az-a açıqlamasında bildirib ki, indiki dövrdə Rusiya rubulunun məzənnəsində baş verən hər hansı bir dəyişikliyi dayanaqlı dəyişiklik deyil: "Bu məzənnə dəyişikliyi ilk növbədə   dünya bazarlarında neftin qiymətlərində müşahidə olunan qiymət artımları ilə bağlıdır”.

Daha ətraflı
 

Neftin qiyməti 61 dolları ötdü


Brent markalı neftin qiyməti 61 dolları ötüb. Gazeta.ru xəbər verir ki, alış-verişin nəticələri bunu təsdiqləyir. Bakı vaxtı ilə saat 23.42-də Brent markalı neftin bir barelinin qiyməti 2,97 dollar artıb və 61,65 dollara çatıb.

Daha ətraflı
 

Bəzi ekspertlərin «antiböhran proqramı» ideyası məqbul sayılmadı


Fikrət Yusifov: «Fikrimcə, belə bir proqramın qəbul edilməsinə ehtiyac yoxdur» «Təəssüfləndirici hal odur ki, bəzi işbazlar əhalinin panika vəziyyətinə düşməsinə maraq göstərir...» Azərbaycanın valyuta gəlirləri əsasən neft-qaz satışından əldə edildiyi üçün dünya bazarında neftin qiymətinin oynaması bizi maraqlandırmaya bilməz. Düzdür, hökumət zəmanət verir ki, neft nə qədər ucuzlaşsa da, bu, ölkə iqtisadiyyatına ciddi təsir göstərməyəcək. Ancaq nəzərə alsaq ki, ölkə iqtisadiyyatının böyük bir hissəsini elə neft sektoru təşkil edir, onda...

Daha ətraflı
 

"Peyğəmbərlik etmək qabiliyyətində idinizsə..." - Fikrət Yusifov


"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov manatın kursunun müəyyənləşdirilməsinə dair Mərkəzi Bankın etdiyi dəyişikliklərə münasibət bildirib. F.Yusifov bir neçə gün öncə  "Manatın kursunun kəskin dəyişməsi ehtimalı yoxdur" deməsinə verilən reaksiyalara münasibət bildirərkən qeyd edib.  Bu gün milli valyutanın məzənnəsi ətrafında yaranmış anlaşılmazlıqlardan çirkin şəkildə siyasi məqsədlərə istifadə edənlərə: Siz əgər Peyğəmbərlik etmək qabiliyyətində idinizsə son iki ayda...

Daha ətraflı
 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi