“Azərbaycanda iqtisadiyyatın pul təminatı 15% ətrafındadır” – Fikrət Yusifov


"Bu gün Azərbaycan hökumətinin apardığı iqtisadi islahatların qarşısında dayanan ən böyük maneə ölkənin bank sistemindəki acınacaqlı vəziyətdir. Bunun belə olduğunu Prezident İlham Əliyev son müşavirələrin birində çox aydın bir şəkildə ifadə etdi”.

Daha ətraflı
 

Dövriyyəyə yeni pullar gəlir - sabiq nazir təkliflə çıxış etdi


Azərbaycanda gələcəkdə 200 manat dəyərində əsginaslar buraxıla bilər. Bu barədə Trend-ə Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev məlumat verib. O, hazırda hökumətdə bununla bağlı müzakirələrin aparılmadığını bildirsə də, gələcəkdə belə əsginasların buraxıla biləcəyini istisna etməyib. 

Daha ətraflı
 

Şimali İraqdan çəkiləcək qaz kəməri Azərbaycanın boru kəmərinə birləşsə...


...Bəs, İraq Kürdüstanından "Rosneft”in iştirakı ilə çəkiləcək qaz kəməri "Cənub Qaz Dəhlizi” ilə birləşdirilsə bundan Azərbaycan qazanar, yoxsa müəyyən dövlətlərlə münasibətlərimizə ziyan dəyər?...

Daha ətraflı
 

“Cahangir Hacıyev, sən Beynəlxalq Bankda baş verənlərə görə günahkarsan” – sabiq nazirin ittihamı


Azərbaycan Beynəlxalq Bankı (ABB)İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin ölkənin 15 milyard manatını darmadağın etməsi haqda müzakirələr davam edir. C.Hacıyev hazırda 15 illik cəzasını çəkir, ölkə iqtisadiyyatına cavabdeh olan şəxslər isə onun 15 milyardlıq yeyintisinin yerini doldurmaq üçün imkanlarını səfərbər ediblər.

Daha ətraflı
 

“Yeni əsrin müqaviləsi” - manata yeni nəfəs


Sentyabrın 14-də Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması ölkə gündəminin əsas müzakirə mövzularından birinə çevrilib. Yataqların işlənməsinin 2050-ci ilə qədər uzadılması ölkəmiz adına müsbət nəticələr gətirəcəyi bildirilir.

Daha ətraflı
 

Manatın kursu sabitləşir, amma bahalaşma davam edir...


Artıq uzun zamandır ki, Azərbaycan hökuməti dollar və manatın məzənnəsini sabit saxlaya bilir. Görünən odur ki, qarşıdakı zamanda da ölkə iqtidarı buna nail ola biləcək. Çünki bir ildən sonra ölkəmizdə prezident seçkiləri keçiriləcək və heç bir hakimiyyət belə önəmli proseslərin getdiyi vaxtda ölkədə iqtisadi kataklizmlərin yaşanmasını istəməz.

Daha ətraflı
 

Aqrar sektor inqilabi dönüş ərəfəsində


Bu gün ölkədə aparılan iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatının yaxın bir neçə il ərzində yeni – neftsiz bir müstəviyə transfer edilməsini hədəfləyib. Son üç ildə bu məqsədə çatmaq üçün onlarca yeni qərarlar, qanunlar qəbul edilib, bütövlükdə, islahatların sistemliliyi və sürətli gedişi təmin olunub. Bu məsələdə ən önəmlisi odur ki, islahatların gedişi ölkə başçısı cənab İlham Əliyevin şəxsi nəzarətindədir.

Daha ətraflı
 

Bakıdan başqa ölkəyə 29 avroya uçmaq mümkün olacaq


Uzun müddətdir Bakıdan digər xarici ölkələrə uçuşun qiymətinin baha olması ilə bağlı sosial şəbəkələrdə müzakirələr aparılırdı. Artıq sentyabrın 1-dən etibarən Bakıdan Moskva, Kiyev, Antalya, Kazan, Mineralnıye Vodı, Tiflis və Tehrana, oktyabrın 29-dan isə tətbiq ediləcək qış uçuş cədvəlinin başlamasıyla Bakıdan İstanbula və Sankt-Peterburqa, eləcə də Gəncədən Moskvaya uçuşlar olacaq.

Daha ətraflı
 

Turist axını üçün Azərbaycanda kazinoların yenidən açılmasına EHTİYAC VARMI?


Bir neçə gündür Azərbaycanda turizm sahəsinin inkişafı, daha doğrusu, turist axınını daha da sürətləndirmək üçün ölkəmizdə yenidən kazino məkanlarının açılması məsələsi gündəmə gəlib. Məsələni isə jurnalist Azər Qərib gündəmə gətirib. Onun sözlərinə görə, Azərbaycanda kazinoların fəaliyyətini bərpa etməklə dövlət büdcəsi xeyli gəlir əldə edər.

Daha ətraflı
 

“MBNP banklar üçün reanimasiyaya çevrilə bilmədi”


Bu gün MBNP daha çox sədri Rüfət Aslanlının adının mərkəzi fiqur olan qalmaqallı xəbər başlıqlarında rast gəlinir. Sonuncu belə xəbər R.Aslanlının adına Fransa mətbuatında rast gəlindi. Məlum oldu ki, yerli məhsul olan "Maison” şərabının butulkasının üzərində Aslanlının imzası var...

Daha ətraflı
 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi