Fikrət Yusifov: Büdcədəki kəsir nə qədər qorxuludur?


Maliyyə nazirliyi bu günllərdə Dövlət Büdcəsinin 2016-cı ilin birinci yarısında icrası barədə hesabat açıqlayıb. Hesabata əsasən yarım il ərzində Dövlət Büdcəsinə    proqnozla nəzərdə tutulduğundan 21.1% və ya 687,7 milyon manat az vəsait daxil olub. Nazirliyin açıqladığı hesabatdan sonra büdcənin gəlirlərində yaranmış bu vəziyyəti cəmiyyətə az qala ölkədə maliyyə kollapsı kimi təqdim etmək istəyənlər tapıldı.

Daha ətraflı
 

Fikrət Yusifov: Bank islahatları iqtisadi islahatların ayrılmaz hissəsidir.


Ölkə iqtisadiyyatının neftdən asılılığının minimuma endirilməsi və onun real sektora transformasiya edilməsi məqsədilə artıq bir ilə yaxın başlanan sürətli iqtisadi islahatlar öz növbəsində bank sektorunun da yenidən qurulmasını zəruri etdi. Yeni iqtisadi mühütdə banklar bazarı daha yaxından hiss edən, onun tələblərini hər kəsdən tez müəyyən etməyi bacaran analitik bir mərkəz kimi fəaliyyət göstərməlidirlər.

Daha ətraflı
 

Fikrət Yusifov: Mövcud iqtisadi duruma qara yaxanlara...


Cari ilin iyul ayının 10-da 2016-cı ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin  mıvcud iqtisadi durumla bağlı səsləndirdiyi fikirlərə "Azadlıq” qəzetində iki siyasinin 6 gün fərqlə dərc olunmuş açıqlamalarını oxudum. Öncə deyim ki, hər iki yazı məzmunca eynidir, iqtisadiyyatla bağlı rəqəmlər isə olduğu kimi bir birini təkrarlayır. Oxuyub düşünürsən – kimləri  aldatmağa hesablanıb bu "açıqlamalar”? 

Daha ətraflı
 

Fikrət Yusifov İctimai TV-nin "Aktual mövzu" verlişində -18.07.2016


Verlişdə 10 iyul 2016-cı il tarixdə Nazirlər Kabinetinin cari ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasında  toxunulan məsələlər ətrafında  müzakirə aparılıb.

Daha ətraflı
 

Fikrət Yusifov: Büdcəmiz qeyri-neft sektoru hesabına təmin edilməlidir


İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. İclasda çıxış edən ölkə Prezidenti dünyada gedən iqtisadi, siyasi prosseslərin   Azərbaycana təsiri ilə bağlı məqamların, aparılan iqtisadi islahatların və əldə olunan nəticələrin dərin təhlilini verdi və bu ilin sonuna qarşıda duran əsas vəzifələri müəyyən etdi.

Daha ətraflı
 

Fikrət Yusifov ANS -in "Nəzər Nöqtəsi" verlişində - 11.07.2016


Verlişdə İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda müzakirə edilmiş məsələlərə münasibət bildirilib...

Daha ətraflı
 

Fikrət Yusifov ANS-in «Beş barmaq» verlişində - 28.06.2016


Verlişdə qiymət siyasətinin əsaları geniş müzakirə olunub və qiymətlərlə bağlı hər kəsi düşündürən ən maraqlı məqamlara münasibət bildirilib.

Daha ətraflı
 

Fikrət Yusifov: Hər kəs qılıncını sıyırıb əlavə dəyər vergisinin üzərinə yürüməsin...


Son aylar istehsal və xidmət sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri və sahibləri sanki bir-birləri ilə razılaşdırılmış şəkildə ƏDV-dən azad olunmaq üçün müraciətlər edirlər. Bu müraciətlərin arxasında dayanan həqiqətlər nədən ibarətdir? Doğrudanmı bütün problemlər ƏDV ilə bağlıdır? Əgər müraciət edən tərəflərin bütün problemləri ƏDV ilə bağlıdırsa, onda onlar nə üçün məhz son aylar  belə aktivləşiblər?...

Daha ətraflı
 

Fikrət Yusifov: Banklar çökür, bu çox təhlükəlidir...


Müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatların təhlili göstərir ki, bank sistemindəki durum getdikcə ağırlaşır. Bankların demək olar ki, hamısı bu gün problemli kreditlərlə üz-üzə qalıblar. Mərkəzi Bankın rəsmi statistikası da problemli kreditlərin həcminin getdikcə artdığını təsdiqləyir. Bir qədər öncə bank islahatlarına onların konsolidasiya edilməsi yolu ilə start verilsə də indi bu prosses  tamamilə dayandırılıb. Banklar zaman-zaman müştərilərə xarici valyutada verdikləri kreditlərin əsirinə çevriliblər...

Daha ətraflı
 

Fikrət Yusifov: Prezident özələşmənin davamını Əmlak Komitəsinə etibar etmədi...


Son 10 ildən artıq vaxt ərzində aparılmış  özəlləşmə Azərbaycan iqtisadiyyatına gözlənilən səmərəni verə bilmədi. Elə bu səbəbdəndir ki, cari ilin may ayının 19-da Prezident Dövlət əmlakının özəlləşdirilməsi prossesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında Fərman imzaladı. Heç şübhə yoxdur ki, ölkə başçısının bu Fərmanı, onun Dövlət Əmlak Komitəsinin dövlət əmlakının özəlləşdirilməsi sahəsində indiyə qədər olan fəaliyyətinə verdiyi qiymət idi. Fərmanla praktik olaraq Dövlət Əmlak Komitəsinin dövlət əmlakının özəlləşdirilməsi sahəsindəki fəaliyyəti  dayandırıldı...

Daha ətraflı
 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi